Vəzifənin adı: Mühəndis-texnoloq (Elektrik avadanlıqları zavodu)
Vəzifə öhdəlikləri:
• İstehsalın texnoloji hazırlığını və texniki cəhətdən yenidən qurulmasını,xammala,materiala,əmək sərfinə qənaət, məhsulun ,işlərin keyfiyyətinin yaxşılaşdırılmasını təmin edir;
• Müəsisədə istehsalın texnoloji rejimini və texnoloji proseslərin avtomatlaşdırılmasını təmin edir.
• Məhsulun əməliyyatlar üzrə maşrutunu və işlərin yerinə yetirilməsi ardıcılığını təyin edir;
• Material sərfinin azalmasına ,məhsulun əmək tutumunun aşağı salınmasına,əməkm məhsuldarlığının artırılmasına istiqamətlənmiş istehsal səmərəliliyinin artırılması tədbirlərinin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir ;
• Texnoloji normativləri,təlimatları,yəğım sxemlərini,maşurut xəritələrini,texniki səviyyə və başqa texnoloji sənədləri işləyib hazırlayır;
• Yeni texnoloji proseslərin hazırlanması və istehsala tətbiq edilməsi üzrə eksperimental işlərin aparılması,texniki tapşırıqların işlənib hazırlanması və texniki təşkilati tədbirlərin işlənib hazırlanması.
Təhsil/Təcrübə:
• Ali təhsil (Texniki);
• Analoji sahədə ən azı 5 il iş təcrübəsi;
• Azərbaycan dilini sərbəst bilməli, Rus və ingilis dillərini sənədləşmə səviyyəsində bilməli;
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
• ISO 9001 (Keyfiyyət idarəetmə sistemi), OHSAS 18001 (Əməyin təhlükəsizliyi və mühafizəsi idarəetmə sistemi), ISO 14001 (Ətraf mühitin idarəetmə sistemi) beynalxalq standartları barədə ümumi məlumat, o cümlədən müəssisənin siyasət və məqsədlərini bilməlidir;
Əlavə məlumatlar:
• Maaş: Razılaşma əsasında;
• Müəssisə tərəfindən naharla və nəqliyyatla təmin edilmə;
• E-mail: [email protected]