Tibbi laborator avadanlıqların və sərfiyyat materiallarının satış üzrə mütəxəssis

  • Ascent MMC
  • Elanın qoyulma tarixi: 30.05.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Tibbi laborator sərfiyyat materiallarının və avadanlıqlarının aktiv satışı
  • Mövcud və potensial müştərilərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi
  • Məhsullar haqqında düzgün və tam məlumatların təqdim olunması
  • Satış planlarının yerinə yetirilməsi
  • Müştəri bazasının genişləndirilməsi
  • Təlimlərdə iştirak və məhsul biliklərinin artırılması
  • Bakı şəhərində satış fəaliyyəti əsas olsa da, ölkənin digər regionlarında da satış imkanlarının yaradılması və inkişaf etdirilməsi müsbət qarşılanır

Namizədə tələblər:

  • Tibbi sahədə və ya satış sahəsində iş təcrübəsi üstünlükdür
  • Lakin təcrübəsi olmayan, öyrənmək istəyən motivasiyalı namizədlər də müraciət edə bilər
  • Effektiv ünsiyyət və təqdimat bacarıqları
  • Komanda ilə işləmə bacarığı
  • Səlis azərbaycan dili, əlavə olaraq rus və ya ingilis dili biliyi arzuolunandır
  • Aktiv və məqsədyönlü olmaq
  • Yaş və cinsiyyət fərqi yoxdur,  biz hər kəs üçün bərabər imkanlar təqdim edirik

İş yeri və iş rejimi:

  • İş yeri: Bakı şəhəri
  • İş günləri: Bazar ertəsi – Cümə
  • İş saatları: 09:00 – 17:00
  • Şənbə və bazar – istirahət günləridir
  • Nahar şirkət tərəfindən təmin olunur

Biz təklif edirik:

  • Rəqabətli əmək haqqı və satışa bağlı bonus sistemi
  • Peşəkar inkişaf və təlim imkanları
  • Rahat və dəstəkləyici iş mühiti
  • Karyera yüksəlişi imkanı

Müraciət qaydası:

  • Maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Məktubun mövzu hissəsində “Satış mütəxəssisi” qeyd edilməlidir."