Maliyyə Analitiki

  • SƏBA
  • Elanın qoyulma tarixi: 21.12.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Maliyyə Analitiki

Əmək haqqı 1000 - 1500 manat

Namizədə tələblər:

İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarə olunması sahəsində ali təhsil;
Ümumi IFRS-i biliyi;
Maliyyə və ya mühasibatlıq sahəsində minimum  5 il iş təcrübəsi;
Güclü analitik qabiliyyət və riyazi düşüncəyə malik olması;
Problemlərin həll etmə bacarığı;
MS Office proqramları, xüsusilə MS Excel proqramı üzrə güclü biliklər;
Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
Maliyyə hesabatların təhlili, Şirkətin maliyyə hesabatlarının qiymətləndirilməsi bacarıqları;
Analitik və strateji baxış bacarıqları;
Müvafiq təcrübələri və biznesin idarə edilməsi prinsipləri haqda ekspert bilikləri;
Biznesin planlaşdırılmasına dəstək vermək üçün biznes haqda dərin və ətraflı anlayış;
Potensial investisiya imkanları üzrə maliyyə-iqtisadi vəziyyətinin təhlilin (“due diligence”) aparılması bacarığı;
Azərbaycan və ingilis dillərinin mükəmməl biliyi, rus və türk dillərinin biliyi üstünlükdür;
1C Proqramında işləyə bilmək bacarığı.

İş barədə məlumat:

Maliyyə hesabatlarında və biznes planlarda müxtəlif məlumatları nəzərdən keçirib təhlil etmək və maliyyə modelləri və qiymətləndirmə üçün töhfə vermək;
Yeni biznes imkanları, iqtisadi trendləri, alyansları və birgə təşkilatları aşkarlayıb təhlil etmək;
Maliyyə əməliyyatlarının monitorinqində iştirak etmək;
Bizneslərin və şirkətlərin fəaliyyətinin qiymətləndirilməsi.
Şirkət büdcələrinin təhlil olunması və xərclərin büdcələrə uyğunluğunun monitorinqini zamanı hesabatların hazırlanmasında meneclrərə yaxından kömək etmək.
Maliyyə vəsaitlərinin hərəkətinə dinamik nəzarət zamanı geniş bazalı məlumatların toplanması və təhlili.
Şirkətlərin maliyyə hesabatlarının dəqiqliyini, etibarlığını, şirkətin özünün mühasibat uçotu məlumatları sisteminin düzgün tətbiqinin nəzarətdə saxlanması məqsədilə yerinə yetirilən işlər zamanı menecerin təlimatına  əsasən digər işlərin icrası .
Xərclərdə israfçılığın qarşısını almaq məqsədiylə biznes proseslərdə təsdiq və nəzarət baxımından çatışmazlıqların müəyyən edilməsi, məlumatların toplanması və analiz edilməsi
Maliyyə hesabatlarının hazırlanması, maliyyə göstəricilərinin analitikası.
Maliyyə hesabatlarında və biznes planlarda müxtəlif məlumatları nəzərdən keçirib təhlil etmək və maliyyə modelləri və qiymətləndirmə üçün töhfə vermək;
Yeni biznes imkanları, iqtisadi trendləri, alyansları və birgə təşkilatları aşkarlayıb təhlil etmək;
İnvestisiya əməliyyatlarının monitorinqində iştirak etmək;

Xahiş edirik ki, mövzu yerinə elanın adını yazaraq və CV-nizi öz adınızla adlandıraraq,  zəhmət olmazsa, [email protected]  elektron ünvanına göndəriz.
CV-lərə baxıldıqdan sonra, uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.