Risklərin idarəedilməsi - mütəxəssis

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 06.09.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Risklərin idarəedilməsi - mütəxəssis

Vakansiya haqqında məlumat:

Struktur bölmə : Risklərin idarəedilməsi şöbəsi
Vəzifə : Mütəxəssis
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi :  23 sentyabr 2017-ci il

Əsas vəzifə öhdəlikləri:

1. Bazar risklərinin idarəedilməsi üzrə:
a. Bazar risklərini müəyyən etmək (o cümlədən, valyuta riski, faiz riski, qiymət riski) və onların idarəedilməsi üzrə nəzarət mexanizmlərinin yaradılması üçün təkliflər vermək;
b. İqtisadiyyatda və sığorta sektorunda baş verə biləcək potensial dəyişiklikləri araşdırmaq;
c. Risklərin İdarəedilməsi Komitəsi tərəfindən müəyyən olunmuş xüsusi istiqamətlər üzrə alət və modellər hazırlamaq, tətbiq etmək və təkmilləşdirmək;
d. Risk Siyasəti çərçivəsində maliyyə alətləri üzrə bazar riski limitlərini müəyyənləşdirmək, limit pozuntuları olduqda qabaqlayıcı tədbirlər həyata keçirmək;
e. Bazar risklərini monitorinq etmək və hesabatlar vermək;
2. Kredit risklərinin idarəedilməsi üzrə:
a. Kredit riskinin müəyyənləşdirilməsinə, qiymətləndirilməsinə, minimallaşdırılmasına və düzgün idarəedilməsinə dair qrupda mövcud olan tənzimləyici nəzarət çərçivəsini tətbiq etmək və təkmilləşdirilməsinə dəstək vermək, kredit riski üzrə alətlərin, siyasət və qaydaların icrasına nəzarət etmək;
b. Mütəmadi olaraq investisiya portfelini monitorinq etmək, çıxan nəticələri təhlil etmək, aşkarlanan riskləri nəzarətdə saxlamaq və risklərin minimallaşdırılması (limitlər və s.) üzrə təkliflər vermək;
c. Risklərin təhlükəli həddə çatması halında əks tədbirlərin icra olunmasını təmin etmək;
3. Stress testlər ilə bağlı:

Qrup daxili metodologiyaya əsaslanaraq stress testləri müəyyən etmək və aparılmasını təmin edir.

Namizədə olan tələblər:

İş təcrübəsi :

Sahə üzrə 1 il iş təcrübəsi tələb olunur.

Təhsili/ixtisası :

Ali - risklərin idarəedilməsi, iqtisadiyyat, maliyyə, riyaziyyat ixtisasları üzrə bakalavr təhsili tələb olunur, magistr təhsili arzu olunandır.

Dil bilikləri :

İngilis və rus dillərini yaxşı səviyyədə bilməlidir.

Kompüter bilikləri :

MS Office proqramlarını yaxşı səviyyədə bilməlidir (Excel proqramı əla səviyyədə olmaqla).

Üstünlüklər :

FRM, CFA sertifikatlarına malik namizədlərə üstünlük verilir. 2 il və daha artıq təcrübəsi olanlara üstünlük veriləcəkdir.kdir.

Fərdi keyfiyyət tələbləri :

Risklərə nəzarət etmə və onları qiymətləndirmə bacarığı, məlumatı toplamaq və təhlil etmək bacarığı/Analitik düşüncə, təqdimetmə bacarığı, qroqnoz vermə bacarığı, riyazi bacarıqlar, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı (Özünütəkmilləşdirmə), məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), tTəşəbbüskarlıq və yenilikçilik bacarığı.

İmtiyazlar:

Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15

Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 567-32-36

Vakansiya üçün müraciət qaydası : CV-lər “Risklərin idarəedilməsi - mütəxəssis” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi