İnsan Resursları üzrə Mütəxəssis

  • Elanın qoyulma tarixi: 28.08.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Qida sektorunda uzun müddətdir ki, fəaliyyət göstərən, 7500-dən çox işçi sayına sahib olan iri miqyaslı şirkətlərdən biri İnsan Resursları üzrə Mütəxəssis vakansiyasını elan edir.

İşin təsviri:

- Şirkətin İnsan resursları siyasətinin həyata keçirilməsi;
- İnsan resursları planlamasını həyata keçirmək, müəyyən edilmiş vakansiyalar üzrə iş elanlarını yerləşdirmək və namizədlərlə görüşlər həyata keçirilməsi;
- Müsahibə nəticələrinin izlənilməsi, namizədlərə geridönüşlərin edilməsi, uyğun görülmüş namizədlərin işə başlaması prosesinin təqim edilməsi və adaptasiya təlimləri ilə bağlı məlumatlandırılması;
- İşə qəbul və digər əməliyyat hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi
- İşçilərin şəxsi işlərinin formalaşdırılması, qeydiyyatının aparılması və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatının aparılması;
- e-gov hökümət portalında əməliyyatların aparılması,  işçilərin giriş-çıxış və məzuniyyət əmrlərinin hazırlanması;
- Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması;
- Davamiyyətin izlənilməsi, “Turnover” hesabatlarının hazırlanması və analizlərin edilməsi.

Namizədə qarşı tələblər:

- Ali təhsil;
- Əmək məcəlləsi üzrə biliklər;
- MS Office proqramları üzrə biliklər;
- Komanda işinə uyğunluq;
- Yüksək ünsiyyət və analitik düşünmə bacarığı;
- İş təcrübəsinin olması arzuolunandır.

İş Şərtləri:

- Həftədə 5 iş günü, 09:00 – 18:00;
- Nahar şirkət hesabına verilir;
- Servis xidməti fəaliyyət göstərir.

Əmək haqqı müsahibə əsasında müəyyən olunacaqdır.
 
Maraqlanan şəxslərdən CV-lərini [email protected] ünvanına Mövzu yerində “İnsan Resursları üzrə Mütəxəssis” qeyd etmək şərtilə göndərməkləri xahiş olunur.