Maliyyə Direktorunun Müavini

İşin təsviri

Maliyyə direktorunun Müavini

Gilan Kənd Təsərrüfatı Qrupu Maliyyə Direktorunun Müavini vakansiyasına işçi axtarır.

Vəzifələri

‐ Maliyyə planını hazırlamaq və yerinə yetirməkdə dəstək olmaq;
‐ Məlumatları toplamaq, birləşdirmək, modelləşdirmək və təhlil etmək;
‐ Maliyyə vəziyyəti barədə hesabat hazırlanmasında iştirak etmək;
‐ Müəssisənin illik büdcəsininin hazırlanmasını təşkil edir və icrasına nəzarət edilməsində Maliyyə direktoruna kömək etmək;
‐ Muəsisədə istifadə olunmayan maddi-texniki vəsaitlərin (material və əsas vəsaitləri) yaranmasının qarşısının alınması və azaldılması üçün tədbirlər görmək;
‐ Müəssisənin investisiya siyasətinin və aktivlərin idarəolunmasını həyata keçirilməsində, aktivlərin dəyişdirmə və ləğv edilmə təklifinin hazırlanmasında Maliyyə direktoruna kömək etmək;
‐ Hesabat sənədlərinin düzgün tərtib olunmasını və tərkibində olan məlumatın doğruluğunu təmin etmək;
- Rəhbərliyin və əlaqədar qurumların tələb etdiyi forma və müddətlərdə maliyyə vəsaitlərinin hərəkətlərinin uçotunu təşkil edir və hesabatların işlənib hazırlanmasını həyata keçirilməsində dəstək olmaq;
‐ Avtomatlaşdırılmış əməliyyat sisteminin (ERP) qurulması və təkmilləşdirilməsi proseslərində iştirak etmək;
‐ Cəmiyyətin maliyyə risklərini təhlil edir, mütamadi olaraq hesabatlar hazırlayıb Maliyyə direktoruna təqdim etmək;
- Daxili maliyyə auditinin aparılmasında birbaşa iştirak etmək;
- Vergi və audit yoxlamaları zamanı məlumatların düzgün və dolğun formada təqdim edilməsini həyata keçirmək;

Tələblər

• Maliyyə, iqtisadi, biznesin idarə edilməsi sahəsində ali təhsil;
• Maliyyə sahəsində 5 illik iş təcrübəsi;
• İdarəçilik qabiliyyətlərinə malik olmalı;
• MS Office proqramlarını bilməli; (mükəmməl Excel bilikləri)
• 1C proqramının 8.2 və ya 7.7 versiyasında işləmə təcrübəsi;
• Əmək və vergi qanunvericiliyinin əsaslarının biliyi;
• Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı;
• Məsuliyyətli və stressə davamlı;
• İngilis və rus dillərini orta səviyyədə bilməli;

Vakansiyaya müraciət etmək üçün aşağıdakı keçiddən istifadə edin: http://hr.gilanholding.com/v/4294#