Hüquqşünas
1. Müqavilələri hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirtmək;
2. Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirtmək və rəy vermək;
3.. Bütün struktur bölmələrə, o cümlədən filiallara hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
4. Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
5. Şirkətin maraqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə etmək;
6. Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
7. Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin edilmək;
8. Korporativ hüquqi layihələrin hazırlanmasına dair təkliflər vermək və prossesdə iştirak etmək;
9. Korporativ hüquq fəaliyyəti ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyatı struktur bölmələrlə razılaşdırmaq;
10. Təsis sənədlərinə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirmək, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək;
11. Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək;
12. Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;
13. Birbaşa rəhbərin digər tapşırıqlarını icra etmək;
14. Əmtəə nişanlarının ekspertizasını və alınmasını həyata kecirmək;
15. Etibarnamələrin və digər sənədlərin notarial təstiq etdirilməsi;
16. Viza və miqrasiya məsələlərinin həll edilməsi;
Tələblər
Təhsil: Ali (bakalavr)
Yaş həddi: 25-35 yaş
Cinsi: Qadın
İş təcrübəsi: Ən azı bu sahədə 3 il iş təcrübəsi olmalı.
Kompüter biliyi: Word, Excell, İnternet.
Şəxsi keyfiyyətləri:
Fikrini izah etmək qabliyyəti;
Ünsiyyət yaratmaq bacarığı;
İşə planlı yanaşması;
Fəal olması;
Əmək haqqı: Razılaşma yolu ilə
Analitik düşünmə və analiz qabiliyyətinin olması,işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.
Stres altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarmalı.
Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər( məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır.