Azərbaycan Respublikasında bəzi faydalı qazıntı yataqlarının tədqiqi və idarə olunması sahəsində fəaliyyət göstərən kommersiya təşkilatına (QSC) stabil, təhlükəsiz iş yeri və prespektivli karyera axtarışında olan namizədləri Daxili Nəzarət şöbəsinin Baş mütəxəssisi/Maliyyə və uçot üzrə Analitik vəzifəsi üzrə işçi seçimlərinə dəvət edirik.
Əsas vəzifə və öhdəliklər:
Metodologiyanın hazırlanması və tətbiqi:
• Siyasət, prosedur və qaydaların, habelə metodologiyanın dəyişdirilməsi, yenilərinin hazırlanmasında iştirak edir;
• Tamlıq, dəqiqlik və səmərəliliyi təmin etmək üçün bütün siyasət, prosedur və qaydaların dövrü olaraq (illik) qiymətləndirilməsini təşkil edir;
• Cəmiyyətin qısa, orta və uzunmüddətli inkişaf planlarının (strateji, taktiki və ya əməliyyat planı) hazırlanmasında iştirak edir;
• Siyasət, prosedur və qaydalarda edilən dəyişikliklərin Cəmiyyətin əməkdaşlarına müvafiq qaydada çatdırılmasını təmin edən mexanizmləri yoxlayır, habelə müvafiq çatdırılmanı təmin etmək üçün təşkil olunan təlimlərin effektivliyinə nəzarət edir.
Funksional prosedur və təlimatların yaradılması:
• Maliyyə və uçot sahəsində prosedur və təlimatlarının adekvatlığını yoxlayır və müvafiq formada təkliflərini verir;
• Maliyyə hesabatlarının (maliyyə vəziyyəti haqqında (balans); maliyyə nəticəsi (mənfəət və zərər) haqqında; kapitalda dəyişikliklər haqqında və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlar) yoxlanılmasını həyata keçirir, yoxlamanın nəticələri haqqında hesabat hazırlayır, müvafiq tapıntı, risk və tövsiyələri Şöbənin yuxarı vəzifəli işçi heyəti ilə razılaşdırır;
• Dövrü olaraq maliyyə əmsallarının (likvidlik, mənfəətlilik, borclanma və s.) cari vəziyyətini nəzərdən keçirir, büdcənin təşkilini yoxlayır, maliyyə proqnozlarını qiymətləndirir;
• Digər aidiyyəti məsələlər ilə bağlı Şöbənin yuxarı vəzifəli işçi heyətinə məsləhətlər verir, funksional prosedurların təkmilləşdirilməsində onların tapşırıq və göstərişlərini həyata keçirir.
Risk və daxili nəzarət tədbirləri:
• Şöbənin yuxarı vəzifəli işçi heyəti ilə birgə riskləri qiymətləndirir. Risk xəritəsini hazırlayır. Risk xəritəsi əsasında İllik Fəaliyyət Planını hazırlayır;
• Nəzarət prosedurlarının səmərəliliyini dəyərləndirir (“preventiv” tədbirlər). Nəzarət prosedurlarının faktiki icrasını yoxlayır (“detektiv” tədbirlər);
• Aidiyyəti hesabatları (tövsiyələrin) hazırlayır və rəhbərliyə təqdim edir;
• Prosedur pozuntusu, dələduzluq və ya mənimsəmə hallarını araşdırır və rəhbərliyə müvafiq tövsiyələr verir.
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi;
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (səlis), Microsoft Office və digər proqramlar;
• Müxtəlif peşə (ACCA, CPA, CFA və s.) kvalifikasiyalarına malik olmaq arzu olunandır.
Tələb olunan təhsil və iş təcrübəsi:
• Maliyyə, uçot və audit yönümlü ixtisaslar üzrə ali təhsil;
• Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "Daxili nəzarət şöbəsinin baş mütəxəssisi/ Maliyyə və uçot üzrə Analitik" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.