Təsərrüfat Rəhbəri

İşin təsviri

Təsərrüfat Rəhbəri

Gilan Kənd Təsərrüfatı Qrupu Xızı təsərrüfatına Rəhbər vakansiyasına təcrübəli işçi axtarır.

Vəzifələri:

• Təsərrüfatda çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına İşçilər tərəfindən texnoloji, istehsal və əmək intizamına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayyət olunmasına daim nəzarət etmək
• Təsərrüfatda becərilən məhsulun keyfiyyətinə nəzarət edilməsi və artırılmasına dair tədbirlərin həyata keçirilməsi
• Təsərrüfatın davamlı fəaliyyəti üçün vacib olan xammal, material və c. üçün təchizat planının düzgün və vaxtında təqdim olunması
• Təsərrüfatın qarşısında qoyulan hazır məhsul planlarının yerinə yetirilməsinə nəzarəti təmin etmək
• Toxumları, gübrələri və becərmə üçün tələb olunan digər materialları müəyyənləşdirmək və təkliflər planının hazırlanması
• Təsərrüfat üzrə şum, səpin, becərmə və yığım müddətlərinin qrafikini tərtib etmək
• Torpağın tərkibini və vəziyyətini nəzərə alaraq müxtəlif torpaq sahələrində məhsul becərmə üsullarını müəyyənləşdirmək prosesinə nəzarət etmək

Tələblər:

•  Ali təhsil;
• Təsərrüfatın idarəedilməsi sahəsində 3 il iş təcrübəsi;
• Rus və ya İngilis dilində bilməsi arzuolunandır;
• Analitik düşüncə və problemləri həll etmə bacarıqları;
• Liderlik, təşəbbüskarlıq, dürüstlük, dəqiqlik, ünsiyyətcillik və etibarlılıq kimi keyfiyyətlərə sahib olmaq;
• MS Office proqramlarını orta səviyyədə istifadə edə bilmək;

Vakansiyaya müraciət etmək üçün xahiş olunur aşağıdakı keçiddən istifadə edin: http://hr.gilanholding.com/v/4098?lang=az#