Sürücü-ekspeditor

İşin təsviri

Sürücü-ekspeditor

Vəzifə öhdəlikləri:

• Rəhbərliyin həvalə etdiyi işləri yerinə yetirir;
• Müşayiətedici sənədlərə uyğun olaraq anbarlardan yükləri qəbul edir. Qablaşdırmanın bütövlüyünü, faktura üzrə daşınacaq malların çeşid və miqdarını yoxlayaraq anbardan təhvil alır;
• Nəqliyyatın sanitar vəziyyətinə, daşınma üçün təyin olunmuş yükləmə-boşaltma işlərinin düzgünlüyünə, yüklərin qorunmasına və yerləşdirilməsinə nəzarət edir;
• Satışa buraxılan məhsulu şirkətin normativ sənədləri ilə müəyyən edilmiş qaydada kateqoriyalara bölünmüş məntəqələr üzrə getmə tezlikləri əsasında pərakəndə və topdan satış məntəqələrinə vaxtlı-vaxtında çatdırılmasını təmin edir;
• Gətirilmiş yükü təhvil verir, qəbul-təhvil sənədlərini rəsmiləşdirir. Lazım olduqda çatışmazlıq, korlanma aktlarının və başqa sənədlərin tərtib olunmasında iştirak edir.

Bilməlidir:

yükləmə-boşaltma işlərinin təşkilini; yükün qəbulu və təhvili qaydasını; pərakəndə və topdan satış məntəqələrinin ünvanını; ekspeditor yüklərinin nəqli zamanı mühafizə şərtlərini; yüklərin daşınma marşrutlarını; yüklərin qəbulu və yola salınma sənədlərinin forması və onların rəsmiləşdirmə qaydasını; daxili əmək intizamı qaydalarını; əməyin təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
Xidmət edilən avtomobilin dəzgah, mexanizm və cihazlarının təyinatı, quruluşu, işləmə prinsipini;
Avtomobilin yol hərəkəti və texniki istismarı qaydasını, hərəkətin təhlükəsizliyinin əsaslarını;
Avtomobilin istismarı prosesində üzə çıxan nasazlıqların əlamətlərini, səbəblərini və təhlükəli nəticələrini, onların aşkar edilib düzəldilməsi üsullarını;
Texniki xidmətin aparılması qaydası və avtomobilin qarajda, açıq dayanacaqlarda mühafizəsi qaydalarını;
Akkumulyator batareyalarının və avtoşinlərin istismarı qaydasını;
Təzə və kapital təmirdən çıxmış avtomobilin sürülüb yoxlanılması, tez korlanan və təhlükəli yüklərin daşınması qaydasını.

Əmək haqqı:

• Əmək haqqı və bonus;

Namizədə tələblər:

• Ali və orta təhsil;
• İki il iş təcrübəsi;
• Yaş həddi: 25-45;
• Cinsi: kişi
• Sürücüluk vəsiqəsinin kateqoriyası: BC

Vakansiya üzrə namizədlər işə müraciət anketlərini "sürücü-ekspeditor” başlığı altında [email protected]  elektron ünvanına göndərə bilərlər.