Fəhlə

İşin təsviri

Vəzifə: Fəhlə

Global Trading Company MMC olaraq şirketimiz xaricdə istehsal edilmiş istehlak mehsullarının (qida ve qeyri-qida) Azərbaycana idxalini və  distributorluğunu təşkil edir.

Iş barədə məlumat:

- Anbardar və anbardar köməkçisinin bütün tapşırıqlarının tam şəkildə yerinə yetirilməsi;
- Məhsullardan və ya İnventarlardan düzgün  istifadə edilməsi və istənilən zədələrdən qorunması;
- Müəyyən olunmuş iş yerinin səliqəli saxlanılması;
- Növbə ərzində, əlavə hər hansı bir iş olarsa, onun yerinə yetirilməsi;
- Sanitar-gigiyena və yoluxucu - epidemioloji xəstəliklərə qarşı norma və qaydalara əməl olunması, əmək intizamına, daxili iş qaydalarına riayət olunması, təhlükəsizlik və Əməyin mühafizəsi və iş metodlarının təlimatlandırılması qaydalarını.
- Məhsulların ardıcıllıqla anbarlarda yerləşdirilməsi, yüklənməsi və boşaldılması;
- Məhsulun anbara yığılması prosesində anbar səlahiyyətli şəxslərinə son istifadə tarixi ilə bağlı məluat vermək
- Aylıq anbar sayımlarında fiziki olaraq iştirak etmək

Namizədlərə tələblər:

- Orta və ya orta ixtisas təhsili;
- İşgüzar, fiziki sağlam, dürüst, səmimi, məsuliyyətli və diqqətli olma və təşəbbüskarlıq qabiliyyəti;
- Kollektivdə ünsiyyət qurma bacarığı, kollektivdə işləmə bacarığı;
- İşində dəqiq, səliqəli, çalışqan, məsuliyyətli, operativ, təmkinli və ciddi olmalı;
- Bu istiqamətdə, ixtisaslaşmış texnika və avadanlıqları işlətmə bacarığı.

Vakansiya üzrə təcrübəsi olan namizədlər işə müraciət anketlərini "Fəhlə" başlığı altında "[email protected]" elektron ünvanına göndərə bilərlər.