Anbar müdiri

İşin təsviri

Anbar müdiri

Vəzifə öhdəlikləri:

• Rəhbərliyin həvalə etdiyi işləri yerinə yetirir;
• Anbarın fəaliyyətini və digər struktur bölmələrlə səmərəli qarşılıqlı münasibətini təşkil edir;
• Tabeçiliyində olan işçilərə rəhbərlik edir və gündəlik iş bölgüsünü təşkil edir;
• Mal-material qiymətlilərinin anbara qəbulu, onların mühafizəsi və buraxılması, yenidən geri alınması, anbar sahəsindən səmərəli istifadə etmək üçün onların düzgün yerləşdirilməsi, lazım olan material və inventarın təcili tapılmasının təşkili;
• Anbara yığılmış əmtəə-maddi sərvətlərin saxlanılmasının, mühafizə rejiminə əməl edilməsinin, əməliyyatların hesabınan aparılmasının təmin edilməsi;
• Rəsmiləşdirmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət edilməsinin təmin edilməsi, müəyyən olunmuş hesabatın tərtib edilməsi;
• Anbarda yanğına qarşı ləvazimatın olmasına və onun sazlığına, avadanlığın və inventarın vəziyyətinə və onların vaxtında təmir olunmasına nəzarət edilməsi;
• Anbarda əməyin mühafizəsinin, təhlükəsizlik texnikası, yanğından mühafizə və istehsalat sanitariyası qaydalarına əməl edilməklə yükləmə-boşaltma işlərinin aparılmasını, rekvizitlərin yığılmasını, mühafizə olunmasını və vaxtında tədarükçüyə çatdırılmasının təşkil edilməsi; Əmtəə-maddi sərvətlərinin inventarlaşmasının aparılmasında iştirak etmək.

Bilməlidir:

anbar, kirayə məntəqəsi təsərrüfatının təşkilinə aid olan əsasnamə, təlimat və digər normativ sənədləri, rəhbər materialları, mal-material qiymətlilərə aid olan standart və texniki şərtləri, mal-material qiymətlilərinin yerləşdirilməsi qaydalarını, onların kirayəyə verilməsi hesabatını aparmaq üçün təlimat və əsasnamələri, hesablama texnikasının istismar qaydasını, əməyin təşkilinin əsaslarını, daxili əmək intizamı qaydalarını, əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

Əmək haqqı:

• Razılaşma əsasında;

Namizədə tələblər:

• Ali təhsil;
• Beş il iş təcrübəsi;
• Yaş həddi: 30-50;
• Cinsi: kişi

Vakansiya üzrə namizədlər işə müraciət anketlərini "Anbar müdiri” başlığı altında [email protected]  elektron ünvanına göndərə bilərlər.