Supervayzer / Bölgə Müdiri

İşin təsviri

Vəzifə: Supervayzer/Bölgə Müdiri

Global Trading Company MMC olaraq şirketimiz xaricdə istehsal edilmiş istehlak mehsullarının (qida ve qeyri-qida) Azərbaycana idxalini və  distributorluğunu təşkil edir.

İş barədə məlumat:

- Şirkət tərəfindən təsdiq edilmiş bölgələr üzrə aylıq planın yerinə yetirilməsini təmin etmək.
- Hər iş gününün başlanğıcında tabeçiliyində olan işçiləri ilə müşavirə keçirmək.
- İclaslarda aylıq Planın yerinə yetirilməsi ilə bağlı işçilərinin gündəlik görəcəyi işləri  müzakirə etmək və onların icrasını  təmin etmək.
- Şirkətin işçilərinin gördüyü işlər barədə hər iş gününün sonunda onlardan   hesabat almaq.
- Özünün müştəri bazasını təşkil etmək və daim onlarla iş qurmaq.
- Tabeçiliyində olan işçiləri ilə birlikdə reklam məhsullarının -Şirkətin məhsullarının satışının artırılmasının təşkili məqsədi ilə mütəmadi olaraq tədbirlər planı işləyib hazırlamaq, belə tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi prosesində Şirkətin digər quruluş bölmələri ilə zəruri əlaqələr yaratmaq.
- Tabeçiliyində olan işçiləri tərəfindən hər həftə ərzində  görülən və  qarşıdakı həftə ərzində planlaşdırılan  işlər  haqqında  hesabat şəklində məlumat almaq və öz hesabatı ilə birlikdə onları Şöbə Müdürünə təqdim etmək.
- Şirkətin məhsullarının reklamının və satışının təşkili ilə bağlı yeni layihələr işlənib hazırlanmasında iştirak etrmək və Şirkətin  Direktoru tərəfindən təsdiq edildikdən sonra onları Şirkətin fəaliyyət dairəsinə daxil olan bölgələrə  təqdim etmək.
- Region və bölgələrdəkı satış əraziləri ilə, həmçinin Şirkətin partnyorları ilə  müqavilələrin bağlanmasını və imzalanmasını təmin etmək;
- Şirkətin Direktorunun və Satış Şöbəsi Müdürünün digər göstərişlərini öz səlahiyyəti çərçivəsində keyfiyyətlə və vaxtlı-vaxtında yerinə yetirmək.
- Şirkətin satış nöqtələrindəki borclarının yığılmasını təşkil etmək. Borcların yığılması barədə Şöbə Müdürünə gündəlik hesabat vermək.
- Sənədlərin düzgün tərtib edilməsinə və dövriyyəsinə nazarət etmək;
- Merçendayzinq sisteminin tabeçiliyində olan təmsilçilər tərəfindən icrasına nəzarət;
- İşçilərin şikayətlərini, habelə müştərilərin müraciətlərini təhlil etmək;
- Vaxtaşırı ərazi vəya region üzrə yoxlamalrın keçirilməsi
- Şirkətin Direktorunun və Satış Şöbəsi Müdürünün tapşırıqlarını işçilərin nəzərinə çatdırmaq və icrasına nəzarət etmək;
- Supervayzer onun ixtisasına və vəzifə səlahiyyətlərinə uyğun digər işlər də həvalə edilə bilər.

Namizədlərə tələblər:

- Ali təhsilli
- Satış və Reklam fəaliyyəti sahəsində təcrübi biliklərə və bu sahədə 3 (üç) ildən az olmayaraq iş stajına malik olan;
- Şəbəkə Marketlər bazarı və VİP müştərilərlə yaxın iş ünsiyyəti olan;
- Liderlik və İdarəetmə bacarığı,
- Yeni ideyalara malik olmaq və təşəbbüskarlıq qabiliyyəti,
- Diqqətli və məsuliyyətli olma,
- Problemləri həll etmə bacarığı,
- MS Office proqramında işləyə bilmək bacarığı
- Şəxsi avtomobilin olması vacibdi
- Sürücülük vəsiqəsi (B)
- Cinsi: kişi

Vakansiya üzrə təcrübəsi olan namizədlər işə müraciət anketlərini "Supervayzer /Bölgə müdiri" başlığı altında "[email protected]" elektron ünvanına göndərə bilərlər.

Global Trading Company MMC tərəfindən digər vakansiyalar