Korporativ Satış Meneceri
Şirkət barədə məlumat:
Office Lines MMC Azərbaycanda ofis ləvazimatları və dəftərxana mallarının korporativ satışı sahəsində aparıcı şirkətlərdəndir. 700-dən artıq korporativ müştəri bazası, 16-illik korporativ satış təcrübəsi olan şirkət keyfiyyətli məhsul və xidmətlərin ən effektiv qaydada təchizatına, yüksək səviyyəli müştəri xidmətinə və vaxtında çatdırılmaya zəmanət verir.
Namizədə tələblər:
- Korporativ satış sahasində iş təcrübəsi, dəftərxana malları və ofis ləvazimatlarının satışı sahəsində iş təcrübəsi olanlara üstünlük verilir
- Əla satış və müştəri xidməti bacarıqları
- Effektiv dil bilgiləri (Azərbaycan və Rus dili əla səviyyədə olmalıdır; orta səviyyəli ingilis dili üstünlükdür)
- Ünsiyyət qabiliyyəti (şifahi və yazılı); email vasitəsilə ünsiyyət bacarığı
- Müştəri ehtiyaclarını müəyyən etmək və onları qarşılamaq bacarığı
- Təqdimat bacarıqları, şirkətin məhsul və xidmətlərini ən effektiv yollarla təqdim edə bilmək
- Ali təhsil
- Namizədlər üçün yaş məhdudiyyəti: 35 yaş
İş funksiyaları:
- Office Lines şirkətinin korporativ satış meneceri və müştərilər üçün koordinator rolunu icra etmək;
- Mövcud müştəri bazasını genişləndirmək; yeni müştərilər axtarmaq
- Sifarişlər, problemlər, hesabatlar və s. daxil olmaqla müştərilərlə əlaqəli bütün məsələləri həll etmək
- Müştəri məmnuniyyəti və müştərilərin şirkətdə saxlanması üçün əlindən gələni etmək;
- Əvvəlcədən müştəri ehtiyaclarını araşdırıb, onları qarşılamaq üçün hazır olmaq
- Azərbaycanda meydana gələn yeni iş sahələri və şirkətlər barədə məlumatlı olmaq və Satış Müdirini müvafiq qaydada məlumatlandırmaq
- Vaxtında aylıq satış hesabatlarını hazırlamaq
- Şirkətə yeni daxil olmuş məhsulları təhlil etmək və ən effektiv yollarla müştəriləri məlumatlandırmaq
- Borcların toplanması üçün məsul şəxs rolunu icra etmək; gecikmiş borclar/müştəri problemləri barədə məlumat vermək;
- Mütəmadi olaraq müştəri ofislərini ziyarət etmək, hər hansı çatışmazlıqları aşkar etmək və aradan qaldırmaq
Əlaqə məlumatları: göstərilən vakansiya ilə maraqlananlar CV-lərini emailin mövzu hissəsində “Korporativ Satış Meneceri” vəzifəsini qeyd etməklə, [email protected] ünvanına göndərə bilərlər.