Növbətçi Mühəndis (Yarımstansiya)

İşin təsviri

“Caspian Investment and Development Corporation“(CIDC) Bakı MMC Azərbaycan və Xəzər Bölgəsində uşaq bezlərinin, məişət-təmizlik kağızlarının və sənaye/ticarət təyinatlı kağız-dəsmallarının aparıcı keyfiyyətli istehsalçısıdır.

“CIDC” Bakı MMC Növbətçi Mühəndis (Yarımstansiya) vəzifəsi üzrə vakansiya elan edir.

MƏSULİYYƏT VƏ VƏZİFƏLƏRİ:

• Yarımstansiyanın növbətçi mühəndisi rəhbərliyin  iştirakından asılı olmayaraq əməliyyatın düzgün aparılmasına habelə qəzaların aradan qaldırılmasına, normal sxemin bərpasına nəzarət;
• Növbədə tabeçiliyində olan operativ personalın, normal və qəza  hallarında əməliyyatın düzgün aparılmasına cavabdehlik;
• Yarımstansiyada operativ əməliyyatların təhlükəsizlik qaydalarına uyğun aparılmasının təşkili;
• Yarımstansiyada nizam-intizam qaydalarına əməl olunmasına nəzarət;
• Zavodun fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi.

TƏLƏBLƏR:

• Elektroenergetika sahəsində ali təhsil;
• Tələb olunan sahədə minimum 3 (üç) il iş təcrübəsi;
• Kompüterlə işləmək bacarığı (MS Office, Outlook);
• Müasir SKADA sistemi ilə işləmək bacarığı;
• Nəzarət edə bilmə qabiliyyəti;
• Analitik qabiliyyət;
• Komandada işləmə bacarığı;

Maraqlananlar CV-lərini mövzu yerində vakansiyanın adını qeyd etməklə [email protected]  ünvanına göndərə bilərlər.

Son müraciət tarixi: 31.08.2016

Caspian Investment and Development Corporation (CIDC) tərəfindən digər vakansiyalar