Daxili audit departamentində maliyyə üzrə auditor

  • SƏBA
  • Elanın qoyulma tarixi: 10.11.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiya adı: Daxili audit departamentində maliyyə üzrə auditor

Vəzifə öhdəlikləri:

• Müəssisədəki maliyyə işlərinin auditinin həyata keçirilməsi.
• Maliyyə resurslarının düzgün planlaşdırılması və icrası, o cümlədən uçot və statistika məlumatlarının dürüstlüyünün təmin edilməsi.
• Sahə və strukturlar üzrə Şirkətin fəaliyyətində nöqsan və qüsurların qarşısının alınması üçün müxtəlif təkliflərin verilməsi.
• Daxili Audit Xidmətinin iş planına uyğun olaraq audit layihələrində (monitorinq və ya təftişlərdə) iştirak.
• Mühasibatlıq sənədlərinin və maliyyə hesabatlarının dəqiqliyinin və etibarlılığının yoxlanılması.
• Daxili nəzarət və əməliyyat prosedurlarının tətbiqi vəziyyətinin yoxlanılması.
• Kassa əməliyyatlarının yoxlanılması.
• İSO 9001:2008 və ya 22000:2005 beynəlxalq standartlarının tələblərinin yerinə yetirilməsi vəziyyətinin yoxlanılması.

Namizədə tələblər:

• Ali təhsil (audit, maliyyə və iqtisadiyyat sahəsi üzrə arzu olunandır);
• Audit sahəsində ən azı 3 il, mühasib kimi ən azı 5 il iş təcrübəsi;
• MS Office proqramlarının istifadəçisi kimi mükəmməl biliklər;
• 1C Mühasibatlıq Proqramı üzrə biliklər;
• İSO 9001:2008 və ya 22000:2005 beynəlxalq standartları barədə məlumatlılıq;
• Maliyyə və mühasibat uçotu hesabatlarının hazırlanmasının bilinməsi.
• İqtisadiyyatın,əməyin, istehsalın və idarəetmənin təşkilinin əsaslarını
• Daxili audit  yoxlamalarının aparılması qaydalarını
• Maliyyə – təsərrüfat fəaliyyətinin təhlilinin metod və formalarını
• İngilis dili, rus dilini bilənlərə üstünlük verilir;
• Dəqiqlik, detallara diqqət, şəffaflığa bağlılıq;
• Ölkədaxili səfərlər etmək imkanı;

Yuxarıda qeyd edilən tələblərə cavab verən şəxslərin, CV-lərini  [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və CV-nin yerləşdiyi elektron sənədə öz ad və soyadını qeyd etməklə göndərməsi xahiş olunur. Yalnız, CV göndərməklə müraciət edən şəxslərin müraciətlərinə baxılacaqdır.