Aqronom-məsləhətçi (Quba-Xaçmaz)

  • CNFA Azerbaijan
  • Elanın qoyulma tarixi: 20.05.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Quba-Xaçmaz zonasında Bağçılığa kömək məqsədilə layihə dizaynı  üzrə məsləhətlərin verilməsi  üçün Aqronom-məsləhətçi tələb olunur

CNFA şirkəti bağçılıq meyvələrinin becərilməsində təcrübəsi olan, Quba-Xaçmaz zonasında bağçılıq üzrə istehsalçı fermerlər üçün təlim, məsləhət və layihələrin həyata keçirilməsində yardımçı ola biləcək  aqronom-məsləhətçi axtarır.

Aqronom-məsləhətçi minimum aşağıdakı tələblərə cavab verməlidir:

• Kənd təsərrüfatı sahəsində Bakalavr dərəcəsinə sahib olmalıdır;
• Əsasən üzüm, alma və gilas meyvələrinin becərilməsi üzrə müfəssəl biliklərə və 3-5 il təcrübəyə malik olmalıdır;
• Torpaq və sahələrin müxtəlif becərmə sistemlərinə uyğun gübrələnməsi üzrə bilik və təcrübəyə malik olmalıdır;
• Kənd təsərrüfatı üzrə təlim keçmək və məsləhət xidməti göstərmək üzrə praktik təcrübəsi olmalı və həmçinin fərdi və fermer qruplarına təlimlərin təşkil edilməsi və keçirilməsi  bacarıqlarına malik olmalıdır;
• Müvafiq sahə/bağ alətlərinin istifadəsi üzrə biliklərə malik olmalıdır;

QEYD: Sürücülük vəsiqəsi və şəxsi avtomobili olanlara və Quba-Xaçmaz bölgəsində daimi yaşayan namizədlərə üstünlük veriləcək.

Maraqlanan şəxslərdən xahiş olunur ki, tərcümeyi-hal (CV) göndərməzdən qabaq vəzifə haqqında daha ətraflı məlumat əldə etmək və müraciət qaydalarını öyrənmək üçün 2015-ci il May ayının 29, saat 16:00 kimi  [email protected] elektron ünvanına müraciət etsinlər.