Reception

  • Neoclass
  • Elanın qoyulma tarixi: 09.04.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

2010-cu ildə fəaliyyətə başlamış “Neoclass” şirkəti, Azərbaycanın inkişaf etməkdə olan inşaat sektorunda qısa zamanda çox önəmli bir yer tutmuşdur. Dünyanın və xüsusən də Avropanın 50-dən çox ən məhşur brendlərinin rəsmi və eksklyuziv nümayəndəsidir. Müştərilərimizin rahatlığı üçün xüsusi dizayn edilmiş 2000 kvm sahəsi olan sərgi salonumuzda ən müasir dəbdə və yüksək keyfiyyətdə İtaliya, İspaniya, İngiltərə, İsveçrə və Almaniya istehsalı olan keramik kafel və metlaxlar, dekorativ mozaikalar, santexnika dəstləri, hamam mebelləri, vanna və duşkabinləri, su qarışdırıcıları və hamam üçün nəzərdə tutulmuş aksesuarlar nümayiş olunmaqdadir.

Daima inkişaf edən, böyüyən, öz sahəsində ən yüksək və keyfiyyətli xidmət göstərən “Neoclass” şirkəti (www.neoclass.az) xanımları Reception vəzifəsində çalışmağa dəvət edir.

Reception

Namizədə dair əsas tələblər:

•  Təhsil: Ali
•  İş təcrübəsi: 2 ildən az olmayaraq                                                                                                       
•  Diı bacarıqları: Azərbaycan, Rus, İngilis                                                                                           
•  Kompyuter bilikləri: yüksək Microsoft Office savadı                                                                       
 
Vəzifəyə dair peşəkar tələblər:

• Şəxsi keyfiyyətlər: Yüksək məsuliyyət hissi və etiket                                                                                      
• Yüksək təşkilatçılıq bacarıqları                                                                                                            
• Yüksək kommunikasiya bacarıqları, şifahi və yazılı                                                                              
• Peşəkar və operativ məlumatlandırma bacarığı                                                                                        
• Gərgin şəraitdə və dar müddət ərzində işləmək bacarığı                                                                              
• Hazırcavab, inamlı şəxsiyyət                                                                                                          
• Yüksək etimadlı 

Vəzifəyə dair əsas məlumatlar:

• İş saatı: Həftədə 6 gün, 8 saatlıq iş rejimi ilə
• İstirahət: Həftənin bazar günü
• İş yeri: Ofis

Əsas funksiyalar:

• Rəhbərliyin, şirkət əməkdaşlarının, müştərilərin və qonaqların xoş və gülərüz qarşılanması
• Daxil olan zənglərin yüksək və peşəkar səviyyədə cavablandırılması
•  Zəruri sənədlərin hazırlanmasının həyata keçirilməsi
• Sənədlərin qəbulu, qeydiyyatı, icrasına nəzarətin təmin edilməsi, saxlanılması
• Rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətli icrasının həyata keçirilməsi
• Şirkətə aid konfidensial məlumatların qorunması

CV-lərinizi Reception mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz rica olunur.