İnsan Resursları üzrə mütəxəssis (Bakı şəhəri)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əmirlərin qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;
  • İşçilərin davamiyyət uçotunun aparılması;
  • ƏMAS sistemində dəyişikliklərin olunması (vəzifə, əmək haqqı, iş yeri, qrafik);
  • Kadrların şəxsi işlərinin formalaşdırılması və mütəmadi yenilənməsi, məlumat uçotunun aparılması və bu məlumatlara uyğun qanunvericiliyin tələblərinin yerinə yetirılməsi;
  • Növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak və məzuniyyətin tərtib edilmiş qrafikə uyğun istifadə edilməsinə nəzarət edilməsi;
  • Əməkdaşların icbari sığorta prosesləri üzrə əməliyyatların həyata keçirilməsi;
  • Kadr sənədlərinin arxivləşdirilməsi və elektron bazada saxlanılması;
  • Arayışlar, xəstəlik vərəqələri və çıxarışların hazırlanması və qeydiyyatın aparılması;
  • Əmək müqaviləsinə xitam verilməsi üçün müraciət edən işçilərin qəbulu, fərdi söhbətlərin aparılması;
  • Şöbələrlə sıx əlaqədə olmaq, problemlərin həllində yaxından iştirak etmək;
  • Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi;

Tələblər:

  • Ali təhsil (İnsan Resursları, Menecment, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə);
  • İnsan resursları sahəsində minimum 1 il iş təcrübəsi;
  • Əmək qanunvericiliyi və kadr sənədləşməsi üzrə normativ aktlar üzrə biliklər;
  • Elektron hökumət portalı, ƏMAS, e-sosial və digər dövlət platformalarında sərbəst işləmək bacarığı;
  • 1C, Microsoft Office proqramlarında (xüsusilə Excel və Word) sərbəst işləmə bacarığı;
  • Yüksək təşkilatçılıq, diqqətlilik və analitik düşünmə bacarığı;
  • Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti, rus və ingilis dillərini bilmək üstünlük sayılır.

İş şəraiti:

  • İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək;
  • İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
  • Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq