İş yerlərində əməyin mühafizəsi üzrə qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinə nəzarət etmək;
Struktur bölmələrin rəhbərləri tərəfindən işçilərə ilkin, təkrar, cari, plandan kənar təlimatların vaxtlı-vaxtında keçirilməsini və müvafiq qeydiyyatların aparılmasını daim nəzarətdə saxlamaq;
Sahədə bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq;
SƏTƏMM təlimatlarında olan dəyişikliklərin hazırlanmasında iştirak etmək və vaxtında işçiləri məlumatlandırmaq;
İşçilərin əməyin mühafizəsi və əməyin texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasında iştirak etmək;
Təhlükəsizlik üzrə təlimat vermək, təhlükəsizlik ləvazimatlarından istifadə qaydalarını göstərmək, yeni işə qəbul edilən işçiləri təhlükəsizlik qaydaları ilə tanış etmək;
Mütəmadi olaraq gördüyü işlərin hesabatını hazırlayaraq rəhbərliyə təqdim etmək;
Xəsarətlər və hadisələr zamanı onların baş vermə səbəblərinin araşdırılması, onların qeydiyyatı və aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi;
Yanğından mühafizə sistemlərinin (hydrant,daxili yanğın su kranı,sprinkler, xəbərverici qurğular,ilkin odsöndürən balonlar və s.) daim saz vəziyyətdə olmasını yoxlamaq, zəruri tədbirlər görmək;
Namizədə tələblər:
Ali təhsil (Beynəlxalq Təhlükəsizlik Sertifikatlarının olması üstünlükdür)
SƏTƏM və ya əməyin təhlükəsizliyi üzrə ən azı 3-5 illik iş təcrübəsi;
SƏTƏM normativləri və beynəlxalq standartlar;
FHN tərəfindən verilmiş SƏTƏMM sahəsi üzrə şəhadətnamə;
MS Office proqramları ilə sərbəst işləmək bacarığı;
Azərbaycan dilini sərbəst (ingilis və rus dilini biliyi olması üstünlükdür);
Analitik düşünmə və təhlil etmə bacarığı;
Stressə davamlı, məsuliyyətli və intizamlı;
Yaxşı ünsiyyət və komanda ilə işləmə qabiliyyəti bacarıqları;
İş şəraiti:
İs yeri: Gəncə şəhəri;
İş günləri: 5 gün ;
İş vaxtı: Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan iş rejimi;