İşin təsviri
                
                
                                
                İş yeri: 
	- Bakı şəhəri, Park View Business Center
 
	-  Oğuz rayonu, A.Əsgərov küçəsi 4, Oğuz Qarğıdalı Emalı zavodu
 
İş şəraiti
	- İş vaxtı: I - V günlər 09:00 - 18:00
 
	- Əmək haqqı: Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıq səviyyəsinə əsasən təyin ediləcəkdir.
 
	- Tabeçilik: Satınalma və Logistika şöbəsinin müdirinə.
 
Vəzifə öhdəlikləri
	- Tələb olunan malların və xidmətlərin alışı istiqamətində cəmiyyətin mənafeyinə uyğun tədarükçülərlə danışıqlar aparmaq, sorğular göndərmək və əlverişli qiymət təkliflərinin əldə olunmasını təmin etmək;
 
	- Bazar araşdırması aparmaq və potensial təchizatçıları tapmaq;
 
	- Bazar araşdırması və tələbnamələrin icra vəziyyəti barədə rəhbərliyə hesabatlar təqdim etmək;
 
	- Yerli  və xarici bazarın monitorinqini aparmaq;
 
	- Zavod üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarının tapılması istiqamətində fəaliyyət göstərmək;
 
	- Material resurslarının müəssisənin anbarlarında hərəkətinin uçotunu təşkil etmək;
 
	- Tələb olunan mal - material və xidmətləri prosedura əsaslanaraq vaxtında çatdırmaq;
 
	- Bazar araşdırması nəticəsində alınmış qiymət təkliflərini xüsusi təklif qiymətləndirmə formasına yığmaq və rəhbərliyə təqdim etmək;
 
	- Malların çatdırılması prosesini və ödənişlərinin həyata keçirilməsini təşkil etmək;
 
	- Beynəlxalq təchizatçılardan alınmış malların çatdırılmasını və gömrük rəsmiləşdirilməsi üçün lazımi sənədlərin təqdim edilməsini təşkil etmək;
 
Tələblər
	- Ali təhsil;
 
	- Sahə üzrə minimum 1 - 3 il iş təcrübəsi;
 
	- Yerli və xarici bazar haqqında biliklər;
 
	- Tender sənədlərinin hazırlanması və müqavilə şərtlərinin təhlili üzrə bacarıq;
 
	- Satınalma prosedurları, müqavilə idarəçiliyi və təchizat zənciri prinsipləri haqqında biliklər;
 
	- MS Office proqramları üzrə bilik;
 
	- Azərbaycan dilində səliş danışıq, İngilis dili biliyi mütləq, Rus dili arzuolunandır.
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV - lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin.