Xarici satış üzrə mütəxəssis

İşin təsviri

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri, Park View Business Centre
  • İş vaxtı: I - V günlər 09:00 - 18:00
  • Əmək haqqı: Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıq səviyyəsinə əsasən təyin ediləcəkdir.
  • Tabeçilik: Kommersiya və Satış şöbəsinin müdirinə.

İşin təsviri:

  • Yeni potensial ixrac bazarlarını araşdırmaq, mövcud bazarların tələbatını və rəqabət vəziyyətini analiz etmək.;
  • Öz işinin təkmilləşdirilməsi üçün təhlillər aparmaq, Kommersiya və Satış şöbəsinin müdirinə təkliflər vermək;
  • Müştəri araşdırmalarından əldə olunan məlumatlar üzrə müştəri görüşlərini planlamaq;
  • Müştərilər ilə görüşlər və təqdimatlar keçirmək;
  • Satışlarla bağlı sənədləşmələrin hazırlanmasında iştirak etmək;
  • Bazar araşdırması və analitik təhlillər aparmaq;
  • Şirkətin ixrac siyasətinə uyğun olaraq məhsulların xarici bazarlara ixracını təmin etmək;
  • Satışla əlaqədar tələb və təklifləri hesabat şəklində təqdim etmək;
  • Müştərilərə aid baza yaratmaq;
  • Beynəlxalq bazarlarda yeni ticarət trendlərini izləmək, yeni bazar imkanlarını müəyyənləşdirmək;
  • İxrac əməliyyatları zamanı ortaya çıxa biləcək riskləri (valyuta dəyişiklikləri, gömrük problemləri, çatdırılma gecikmələri və s.) qiymətləndirmək və bu risklərə qarşı müvafiq tədbirlər görmək;
  • Beynəlxalq bazarlarda yeni ticarət trendlərini izləmək, yeni bazar imkanlarını müəyyənləşdirmək;
  • Satış hədəflərinə çatmaq üçün strategiyaların işlənib hazırlanması;
  • İşgüzar tədbirlərdə şirkəti təmsil etmək.

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • İxrac satışlarında minimum 5 il iş təcrübəsi;
  • MS Office proqramları üzrə bilik;
  • Azərbaycan dilində səliş danışıq, İngilis dili biliyi mütləq, Rus dili biliyi arzuolunandır;
  • Ünsiyyət, inandırma və təqdimetmə bacarığı;
  • Dəqiqlik, məsuliyyətlilik və məqsədyönlülük.
  • Ərəb ölkələriİran, İsrail, Rusiya, Türkiyə ölkələrinə ixracda təcrübəsi olan, Qənnadışirə və limonad müəssisələri ilə real iş birliyi olmuş namizədlər tələb olunur.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV - lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin.