Logistika üzrə mütəxəssis

İşin təsviri

İş yeri: 

  • Bakı şəhəri, Park View Business Center
  • Oğuz rayonu, A.Əsgərov küçəsi 4Oğuz Qarğıdalı Emalı zavodu

İş şəraiti

  • İş vaxtı: I - V günlər 09:00 - 18:00
  • Əmək haqqı: Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıq səviyyəsinə əsasən təyin ediləcəkdir.
  • Tabeçilik: Satınalma və Logistika şöbəsinin müdirinə.

İşin təsviri

  • Daşınmanın optimal marşrutunu müəyyənləşdirmək;
  • Nəqliyyat vasitəsinin növünü seçmək və sifariş etmək;
  • Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq etmək;
  • Təmsil etdiyi şirkətdən alınmış sənədləri və gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünü yoxlamaq;
  • Gömrük orqanlarına sənədləri və gömrük məqsədləri üçün zəruri olan əlavə məlumatları təqdim etmək;
  • İdxal-ixrac, tranzit və daxili daşınma ilə əlaqədar olan hesabatları hazırlamaq və prosesə nəzarət etmək;
  • Məsul şəxslərə gələn yüklər ilə bağlı məlumatları vaxtında çatdırmaq;
  • Yüklərin vaxtında və düzgün çatdırılmasına nəzarət etmək;
  • Bazar qiymətlərinin monitorinqini aparmaq, güvənli yerli və xarici logistika şirkətlərini tapmaq və riskləri dəyərləndirmək;
  • Nəqliyyat və gömrük işləri ilə əlaqədar zəruri icazələri hazırlamaq.

Namizədə dair tələblər

  • Ali təhsil;  
  • Sahə üzrə 1 - 3 il iş təcrübəsi;
  • MS Office proqramları üzrə biliklər;
  • Azərbaycan dilində səliş danışıq, İngilis dili biliyi mütləq, Rus dili biliyi arzuolunandır.
  • Daxili və xarici daşımalar üzrə biliklər;
  • Gömrük bəyannaməsi haqqında biliklər;
  • İdxal-ixrac əməliyyatlarında sənəd dövriyyəsi üzrə biliklər.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV - lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq. qeyd edin.

Eden Agro MMC tərəfindən digər vakansiyalar