İşin təsviri
Vəzifə öhdəlikləri:
- Otelin rezervasiya prosesini beynəlxalq və yerli standartlara uyğun idarə etmək;
- Gündəlik tapşırıqlara nəzarət etmək və təyin etmək, rezervasiyaları nəzərdən keçirmək və gəliş hesabatlarını idarə etmək;
- Otel doluluq proqnozlarını hazırlamaq və şirkət/səyahət agenti tarifləri üçün dəqiq hesabatının aparılmasını təmin etmək;
- Satış və Revenue komandası ilə doluluq, tariflər və qrup rezervasiyaları ilə bağlı əməkdaşlıq etmək;
- Telefon etiketi və qonaq münasibətlərinin yüksək standartlarını təmin edərək,
- Rezervasiya işçilərini hazırlamaq, onlara nəzarət etmək və istiqamətləndirmək. Xidmət Standardları və Prosedurlarını tətbiq etmək üçün işçilərə təlimlər vermək;
- VIP və təkrar qonaqlar üçün xüsusi sorğuları izləmək və idarə etmək, həmçinin qrup sifarişlərini idarə etmək;
- Otel siyasətinə uyğun olaraq no-show və ləğvləri nəzərdən keçirmək və həll etmək.
- Onlayn platformaları idarə etmək və izləmək
- Bütün əməliyyatların və nağd pul əməliyyatlarının siyasət və prosedurlara uyğun həyata keçirildiyinə əmin olmaq;
- Xidmət Standardları və Prosedurlarını tətbiq etmək üçün işçilərə təlimlər vermək;
Tələb olunan bilik, bacarıq və təcrübə:
- 100 və daha çox otaq sayı olan hoteldə minimum 1 il təcrübə;
- Minimum 1 il eyni sahədə idarəetmə təcrübəsi;
- Gülərüz, detallara fokuslu, pozitiv, konfliktləri həll etmək, liderlik bacarığı və mövcud problemin həllini yerində tapmaq;
- Yüksək ünsiyyət qabiliyyəti, satış yönümlülük, müştəri məmnuniyyəti, analitik düşünmə bacarıqları;
- Müvafiq və ya yaxın sahədə Ali təhsil;
- Azərbaycan, ingilis – əla (Rus dili biliyi əlavə üstünlükdür)
- Elektra proqramı üzrə təcrübə;
- Kompüter və ofis texnikasından yaxşı istifadə bacarığı;
- Stressə davamlı olmaq, təzyiq altında effektiv işləmək bacarığı
İş şəraiti:
- Əmək haqqı: 1000 AZN
- Ünvan: Bakı şəhəri, H.Əliyev pr. 115, Bina 187B
Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində “Rezervasiya üzrə menecer” göstərilməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçtuna göndərmələri xahiş olunur.
Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə salanılacaq.