Hüquqşünas

İşin təsviri

Position: Hüquqşünas

Vəzifə öhdəlikləri:

Hüquqi əhəmiyyətli sənədlərin tərtib edilməsində iştirak etmək, hazırlanmış sənədlərə hüquqi rəy vermək;
Müəssisənin balansında olan əsas vəsaitlərin (bina və obyektlər, bütün növdən olan texnikalar, əmlak, torpaq, lisenziyalar, qiymətli kağızlar və s.) lazımi sənədləşməsini təmin etmək;
Təsərrüfat, maliyyə və əmək intizamının möhkəmləndirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında və yerinə yetirilməsində iştirak etmək;
Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin yaxşılaşması, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması haqqında müvafiq təkliflərin işlənib hazırlanmasında iştirak etmək;
Müxtəlif müqavilələrin hazırlanmasını və onlara hüquqi rəy verilməsini təmin etmək;
Müəssisədə verilmiş əmr və digər normativ aktların hüquqi ekspertizasını aparmaq və ehtiyac yarandıqda sənədlərə müvafiq dəyişikliklər etmək;
Müəssisənin fəaliyyətinə aid olan normativ aktlar, qüvvədə olan qanunvericiliyə edilən dəyişikliklər barədə rəhbərliyə məlumat vermək;
Müəssisənin fəaliyyətinə aid olan metodiki, normativ və başqa rəhbər materialların hazırlanmasını təmin etmək;
Azərbaycan Respublikasının qanunvericiliyinə və Müəssisənin nizamnaməsinə əsaslanaraq digər hüquqi vəzifələri icra etmək;
Tələb olunan digər vəzifələri yerinə yetirmək.

Namizədə olan tələblər:

Ali hüquqi təhsil;
Dil bilikləri;
Təsərrüfat və Müqavilələr Hüququ üzrə biliyə və təcrübəyə malik olmalı;
Kompüterdə işləmə bacarığı (Word, Excel, Internet);
Məsuliyyətli və nizam-intizam qaydalarına riayət etmək;

We kindly ask candidates possessing above requirements to send CVs to hr/[email protected] and state the position.

Caspian Pipe Coatings tərəfindən digər vakansiyalar