İşin təsviri
Vəzifələr:
- Müştərilərdən daxil olan zənglərin qəbulu (yalnız ingilis dilində)
- Sifarişlərin sistemə daxil edilməsi və statusuna uyğun şəkildə işlənməsi
- Müştərilərə çıxan zənglərin edilməsi
- Şirkətin məhsul və xidmətlərini peşəkar şəkildə təqdim edərək müştəri marağını artırmaq
- İngilis dilində dəqiq yazmaq və məlumatları sistemə düzgün daxil etmək
Tələblər:
- Xanım namizədlərə üstünlük veriləcəkdir
- İngilis dilini yüksək səviyyədə bilmək (şifahi və yazılı)
- Müxtəlif aksentləri anlamaq bacarığı
- Satış və müştəri ilə düzgün ünsiyyət bacarığı
- Punktuallıq və məsuliyyətlilik
- İşdə dəqiqlik və diqqətlilik
- Komandada işləmə bacarığı
- Kompüterdən baza səviyyəsində istifadə bacarığı
İş şərtləri:
- Növbəli iş qrafiki: Axşam növbəsi: 16:00 – 00:00. Gecə növbəsi: 00:00 – 08:00
- Həftədə iki istirahət günü
- Əmək haqqı 850-1000 azn
- 30 təqvim günü ödənişli məzuniyyət
- 2–3 həftə ödənişli təlim
- Koroğlu metro stansiyasına yaxın, rahat ofis şəraiti
Müraciət qaydası:
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz və ya +994 50 635 51 35 (Mariya xanım) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.