Marketoloq

İşin təsviri

MediLine Group Assistance şirkəti  2012-ci ildə yaranan, tibbi turizm də daxil olmaqla, asistans xidmətləri göstərən ilk Azərbaycan şirkətidir.

Vəzifə - Marketoloq

İşəgötürən – MediLine Group Assistance
 
Namizədə tələblər:
 
•         Ali təhsil (uyğun mövqe üzrə)
•         İş təcrübəsi: minimum 5 il
•         Dil bilikləri: Azərbaycan, rus və ingilis dilləri yüksək səviyyədə və başqa xarici dil bilənlərə üstünlük veriləcək
•         Yaş həddi: minimum 30
•         İddialı
•         Analitik düşünmə qabiliyyəti
•         Professional etik davranışları, gərgin şəraitdə işləmə bacarığı, vicdanlı və ədalətlilik prinsipini əsas tutmaq
•         Operativlik və gərgin iş rejimində işləmək bacarığı.
•         Öz sahəsində fərdi inkişaf planları olan və vaxtın düzgün idarə edilməsi sahəsində təcrübəsi olan mütəxəssislərə üstünlük verilir
•         MS Office və M S Visio və ERP proqramlarında  sərbəst işləmə bacarığı

İş barədə məlumat:

• Fəaliyyət göstərən bazarların strateji təhlilini həyata keçirmək
• Şirkətin ümumi bazar strategiyasının hazırlanması
• Şirkətin məhsul, qiymət,satış kanalı və irəlilətmə sisteminin hazırlanması
• Marketinq strategiyasının tədbiqi planının hazırlanması və icrasına nəzarətin təşkili
• Şirkətin marketinq məlumat baza sisteminin qurulması
• Bazarda trendlərin, rəqiblərin və bazar payının analiz edilməsi
• Şirkətin ətraf mühitinin və daxili imkanlarının analiz edilməsi və yeni rəqabət üstünlüklərinin hazırlanması
• Marketinq sahəsində fəaliyyət planının hazırlanması və rəhbərliyə hesabatın verilməsi
• Yeni məhsulların bazara salınmasını təşkil etmək
• Dəyər əmələ gətirən xidmət növlərinin işlənilib hazırlanılması
• Şirkət üzrə brend istifadəsinə nəzarət
• Şirkətin PR və Reklam siyasətinin hazırlanması
• Müştəri ilə düzgün komunikasiya vasitələrinin hazırlanması
• Reklam və PR sahəsində təbliğat kanallarının seçilmə kriteriyalarının hazırlanması
• PR və Reklam işlərinin aparılmasına birbaşa nəzarət
• Komunikasiya vasitələri üzrə məhsuldarlıq göstəricilərinin hazırlanması
• Müstəqil şəkildə təqdimat, hesabat hazırlamaq və həyata keçirmək

İş qrafiki həftə içi: 09:00-dan 18:00-dək

Şənbə: 09:00-13:00-dək (ehtiyac yaranarsa)
Bazar günü istirahət

Əmək haqqı:  Minimum 800 AZN nəzərdə tutulub lakin müsahibə zamanı tam dəqiqləşdiriləcək.

Vakansiyaya maraq göstərən şəxslərdən öz tərcümeyi-hallarını (CV)  "mövzu" yerinə " Marketoloq " sözünü qeyd etməklə  [email protected]  elektron poçtuna göndərməkləri xahiş olunur.

Zəhmət olmasa, foto şəklinizi CV-yə əlavə edin, beləki şəkil olmayan CV-lərə baxılmayacaq.

MediLine Group Assistance tərəfindən digər vakansiyalar