Tibbi Ekspert

İşin təsviri

MediLine Group Assistance şirkəti  2012-ci ildə yaranan, tibbi turizm də daxil olmaqla, asistans xidmətləri göstərən ilk Azərbaycan şirkətidir.

Vəzifə - Tibbi Ekspert

İşəgötürən – MediLine Group Assistance

Namizədə tələblər:

• Ali təhsil (uyğun mövqe üzrə)
• İş təcrübəsi: minimum 6 il (tibbi sığorta və assistanslıq üzrə təcrübəsi olanlara üstünlük veriləcək)
• Dil bilikləri: Azərbaycan, rus və ingilis dilləri yüksək səviyyədə və başqa xarici dil bilənlərə üstünlük veriləcək
• Yaş həddi: minimum 30
• Şikayət və analizlər üzərindən ilkin və düzgün diaqnozun qoyulması bacarığı
• Kollektivdə  işləmə bacarığı olan
• Məsuliyyətli və punktual
• Operativlik və gərgin iş rejimində işləmək bacarığı.
• MS Office proqramlarından istifadə etmə bacarığı

İş barədə məlumat:

• Müştərilərlə görüşüb, onların şikayət və istəklərinə qulaq asmaq və onun əsasında hesabat hazırlamaq;
• Beynəlxalq və yerli klinikalarla yazılı və şifahi danışıqların aparılması;
• Klinikalardan ödəniş sənədlərini toplamaq ;
• Tibbi sənədlərin hazırlanması və arxivləşdirilməsini həyata keçirmək;
• Müştərilərin bütün tibbi nəticələrini yığmaq və onların bazasının yaratmaq;
• Müntəzəm tərəfdaş klinikalara iş səfərləri etmək;
• İş vaxtından əlavə 24 saat mobil əlaqədə olmaq.

İş qrafiki həftə içi: 09:00-dan 18:00-dək

Şənbə: 09:00-13:00-dək (ehtiyac yaranarsa)
Bazar günü istirahət

Əmək haqqı:  Minimum 800 AZN nəzərdə tutulub lakin müsahibə zamanı tam dəqiqləşdiriləcək.

Vakansiyaya maraq göstərən şəxslərdən öz tərcümeyi-hallarını (CV)  "mövzu" yerinə " Tibbi ekspert " sözünü qeyd etməklə  [email protected]  elektron poçtuna göndərməkləri xahiş olunur.

Zəhmət olmasa, foto şəklinizi CV-yə əlavə edin, beləki şəkil olmayan CV-lərə baxılmayacaq.

MediLine Group Assistance tərəfindən digər vakansiyalar