Satış Meneceri

İşin təsviri

MediLine Group Assistance şirkəti  2012-ci ildə yaranan, tibbi turizm də daxil olmaqla, asistans xidmətləri göstərən ilk Azərbaycan şirkətidir.

Vəzifə - Satış Meneceri

İşəgötürən – MediLine Group Assistance

Namizədə tələblər:

• Ali təhsil (uyğun mövqe üzrə)
• Dil bilikləri: Azərbaycan, rus və ingilis dilləri yüksək səviyyədə və başqa xarici dil bilənlərə üstünlük veriləcək
• İş təcrübəsi: minimum 3 il
• MS Office (Word, Excel, Outlook) və digər proqram bilikləri
• Məsuliyyətli, punktual, səlist danışıq, asan ünsiyyət qurma və kollektivdə işləmə bacarığı
• Davamiyyətli, səliqəli
• Yaş həddi: 23-45

İş barədə məlumat:

- Xidmət bazarın analizi və potensial müştərilərin müəyyənləşdirilməsi;
- Mövcud müştərilərlərlə iş əlaqələrinin saxlanılması
- Görüşlərin keçirilməsi, şirkətin xidmətlərinin təqdim edilməsi;
- Şirkət tərəfindən həyata keçirilən əməliyyatlarının  qeydiyyatının təşkili və nəzarəti, nəzərdə tutulan vaxt limiti çərçivəsində hesabatlarının təqdim edilməsi;

İş qrafiki həftə içi: 09:00-dan 18:00-dək

Şənbə: 09:00-13:00-dək (ehtiyac yaranarsa)
Bazar günü istirahət

Əmək haqqı:  500 AZN + bonus (sistem üzrə)

Vakansiyaya maraq göstərən şəxslərdən öz tərcümeyi-hallarını (CV)  "mövzu" yerinə " Satış meneceri " sözünü qeyd etməklə  [email protected]  elektron poçtuna göndərməkləri xahiş olunur.

Zəhmət olmasa, foto şəklinizi CV-yə əlavə edin, beləki şəkil olmayan CV-lərə baxılmayacaq.

MediLine Group Assistance tərəfindən digər vakansiyalar