Maliyyə Meneceri

İşin təsviri

MediLine Group Assistance şirkəti  2012-ci ildə yaranan, tibbi turizm də daxil olmaqla, asistans xidmətləri göstərən ilk Azərbaycan şirkətidir.

Vəzifə - Maliyyə Meneceri

İşəgötürən – MediLine Group Assistance
 
Namizədə tələblər:

• Ali təhsil (uyğun mövqe üzrə)
• İş təcrübəsi: minimum 3 il
• Dil bilikləri: Azərbaycan və rus dilləri yüksək səviyyədə, ingilis və başqa xarici dil biliyi üstünlük hesab edilir
• Yaş həddi: minimum 25
• İddialı
• Mühasibatlıq üzrə ixtisaslaşdırılmış olmalı
• Maliyyə analizlərinin aparılması və idarə olunması üzrə təcrübə
• Operativ və gərgin iş rejimində işləmək bacarığı
• MS office proqlarımda işləmə bacarığı

İş barədə məlumat:

• Zəruri hesab edilən maliyyə hesabatları, daxili və xarici maliyyə hesabatlarının hazırlanması
• Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması,xərcələrin analiz olunması, proqnozların verilməsi
• Bütün icbari dövlət hesabatlarının aparılması və onlara nəzarət: vergi, ƏDV, il sonu hesabatları və s.
• Bütün daxili maliyyə hesablarına nəzarət etmək
• Ədliyyə və Vergilər Nazirlikləri ilə iş əlaqələrinin saxlanılması
• İş gedişatından asılı olaraq əlavələr yarana bilər.

İş qrafiki həftə içi: 09:00-dan 18:00-dək

Şənbə: 09:00-13:00-dək (ehtiyac yaranarsa)
Bazar günü istirahət

Əmək haqqı:  Minimum 500 AZN nəzərdə tutulub lakin müsahibə zamanı tam dəqiqləşdiriləcək.

Vakansiyaya maraq göstərən şəxslərdən öz tərcümeyi-hallarını (CV)  "mövzu" yerinə " Maliyyə Meneceri " sözünü qeyd etməklə  [email protected]  elektron poçtuna göndərməkləri xahiş olunur.

Zəhmət olmasa, foto şəklinizi CV-yə əlavə edin, beləki şəkil olmayan CV-lərə baxılmayacaq.

MediLine Group Assistance tərəfindən digər vakansiyalar