İçtimaiyyətlə əlaqələr üzrə Menecer

  • Synergy Group
  • Elanın qoyulma tarixi: 07.12.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkətin adı: “Synergy Group” ASC

Vəzifə: İçtimaiyyətlə  əlaqələr üzrə Menecer

Vəzifə və öhdəlikləri

• Müştərilər, ictimai media nümayəndələri, tərəfdaşlar, maraqlı tərəflər və digərləri ilə  münasibətlərin idarə edilməsi;
• Synergy Group ASC-nin müvafiq  departamentləri və törəmə şirkətləri ilə sıx əməkdaşlığın edilməsi;
• Korporativ və şirkət saytlarının və Synergy Group ASC  aid sosial şəbəkələrin idarə edilməsi;
• Sosial şəbəkələrdə şirkətin web səhifəsinin və təbliğat  materiallarının KİV-də yüksək səviyyədə işıqlandırılması;
• Bütün cəlb olunmuş sənaye  sahələri üzrə aparılan təhlillər üzrə hesabatların hazırlanması;
• İctimaiyyətə ünvanlanmış təbliğat xarakterli tədbirlərinin təşkil olunması;
• İctimaiyyətə müraciət eləcə də  təbliğat imkanlarının əldə edilməsi üçün açıq qapı tədbirlərinin axtarıb tapılması;
• Şirkətin adından çıxışların edilməsi;
• Məhsulun buraxılışı münasibəti ilə təşkil olunan tədbirlərdə, marketinq kampaniyalarında, sosial və reklam proqramlarında  köməkliyin göstərilməsi;
• Təbliğat kampaniyalarının təşkil olunması  və aparılması;
• Şirkətin siyasət  və prosedurlarına uyğun press relizlərin, xəbərlərin  və məqalələrin  dərc olunması üçün onların  tərtib olunması  və hazırlanması;
• İctimai media nümayəndəli, eləcə də yerli reklam şirkətləri və dövlət jurnalları  və elektron xəbər agentlikləri ilə yaxşı münasibətlərin saxlanılması;
• İctimaiyyətdən ünvanlanan sorğu-sualların cavablandırılması;
• Publikasiya qrafikinə baxılması və  ticarət nişanlarının  təsvir olunmasının təmin edilməsi;
• Mətbuat konfranslarında, ictimai  və digər tədbirlərdə şirkət barədə qısa məlumatın verilməsi ;
• Kənar ekspertlərdən təbliğat məsələlərinə və ictimaiyyətə veriləcək müsahibələrə dair məsləhətlərin alınması;
• Şirkətin ictimai elanlarının yazılması və təqdim edilməsi;
• Rəhbərliyə təbliğat fəaliyyəti ilə əlaqədar köməkliyin göstərilməsi;  elektron mediaya kanallarının dəstəyindən yararlanması.

Tələblər:

• Marketinq/içtimai əlaqələr sahələrdə 3 il iş təcrübəsi;
• Ali təhsil;
• Azərbaycan, İngilis və Rus dillərinin mükəmməl bilikləri;
• Analitik və kreativ düşünmə tərzi;
• Təqdim etmə bacarığı;
• Kompüter proqramlarını bilməli;
• Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı.

E-mail: [email protected]

İşəgötürənin reytinqi