İşin təsviri
                
                
                                
                İşin vəzifələri:
	- Gələn zəng və mesajlara vaxtında və nəzakətli şəkildə cavab vermək
 
	- Müştərilərdən daxil olan sifarişlərin qəbul edilməsi və işlənməsi
 
	- Sifarişlərin sistemə düzgün şəkildə daxil edilməsi
 
	- Wolt, Umico və Bolt platformalarından sifarişlərin yığılması
 
	- Şirkətin məhsul və xidmətlərini düzgün və maraqlı şəkildə təqdim etmək
 
	- Verilən tapşırıqları tez və dəqiq yerinə yetirmək
 
Tələblər:
	- Azərbaycan və rus dillərini bilmək (ingilis dili arzuolunandır)
 
	- Məsuliyyətli, diqqətli və stresə davamlı olmaq
 
	- Düzgün şifahi və yazılı nitq qabiliyyəti
 
	- Kompüter və mesajlaşma tətbiqləri ilə işləmək bacarığı
 
	- Arzuolunandır: kişi namizəd, lakin xanım namizədlər də məmnuniyyətlə qarşılanır
 
İş şəraiti:
	- Əmək haqqı: 600 AZN + bonuslar
 
	- Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun sənədləşmə
 
	- Rahat ofis və mehriban kollektiv
 
 
İş qrafiki:
	- Bazar ertəsi – Cümə: 09:00–18:00
 
	- Şənbə: 10:00–17:00
 
CV-ni “Call Center Operatoru” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndər və yaxud +99455253-78-85 WhatsApp nömrəsinə göndərə bilərsiniz.