Avtomatlaşdırma və proqram təminatı üzrə mühəndis

İşin təsviri

Şirkətin adı: Azerbaijan Fibro Cement MMC ("Synergy Group" ASC-nın üzvü olan şirkətdir)

Vəzifənin adı:  Avtomatlaşdırma və proqram təminatı üzrə mühəndis
                           (Məhsulun yekun emalı avadanlıqlarının və avtoklav qurğularının quraşdırılması üzrə)

“Synergy Group” ASC haqqında

2010-cu ildə təsis edilmiş “Synergy Group” ASC Azərbaycanda fəaliyyət göstərən ən iri investisiya şirkətlərindən biridir. Qrup yüksək inkişaf potensialına malik strateji sənaye sahələrinə sərmayə qoyur. “Synergy Group” 28 müxtəlif və inkişafa yönəlmiş fəaliyyət sahəsini idarə edir və Qrupda ümumilikdə 1300-dən artıq işçi çalışır. 
“Synergy Group”un çox-sektorlu investisiya portfeli aşağıdakı sahələrə edilən iri yatırımlardan ibarətdir: inşaat və tikinti materiallarının istehsalı, otelçilik, İKT, istehsalat və kənd təsərrüfatı. “Synergy Group”a daxil olan şirkətlərin böyük əksəriyyəti Bakıdan kənarda yerləşməklə Azərbaycanda regionların sosial-iqtisadi inkişafına öz töhfəsini verir. “Synergy Group” ASC-nin investisiya strategiyası investisiya qoyulan sahələrin uzunmüddətli inkişafı və qoyulan sərmayələrin yüksək rentabelliyinin təmin edilməsinə əsaslanır.

"Azerbaijan Fibro Cement" MMC haqqında

Qaradağ rayonu ərazisində yerləşəcək zavodun 2015-ci ilin sonundan etibarən fəaliyyətə başlayacağı nəzərdə tutulmuşdur. AFC, Bakı-Salyan yolunun 47-ci kilometrliyində 6,8 hektar ərazidə yerləşəcək.

"Azerbaijan Fibro Cement" zavodu fibro sement məhsulundan:

 fasad və dam örtükləri,
 daxili arakəsmələr,
 döşəmə üçün nəzərdə tutulmuş fibrosement lövhələri (lifli sement lövhələri) istehsal edəcək.

Əsas vəzifə öhdəlikləri

• İqtisadi-riyazi üsulları, müxtəlif növ avtomatlaşdırma vasitələrini və müasir elektron hesablama maşınlarını tətbiq etməklə, istehsalın avtomatlaşdırılmış idarə olunmasını təmin etmək;
• Fibro sement tərkibli məhsulların istehsalında tətbiq olunan məhsulun yekun emalı (kəsmə,cilalama, profilləmə və rəngləmə avadanlıqları) avadanlıqlarının və avtoklav qurğularının avtomatlaşdırma sistemlərinin quraşdırılması üçün müvafiq texniki sənədləri və sxemləri təhlil etmək,  quraşdırma işləri zamanı tətbiqini təmin etmək;
• Müxtəlif istehsalçılar tərəfindən istehsal olunmuş avadanlıqların və qurğuların əlaqəli işləməsi üçün müvafiq alqoritmlərin tərtib olunmasını, zərurət olduqda proqram təminatının işlənməsini və istehsalçı şirkətlə birgə avtomatlaşdırma sistemlərinin quraşdırlması, və istismara buraxılmasını həyata keçirmək;
• Təhlükəsizlik elementlərinin yoxlanmasını qanunvericilikdə nəzərdə tutulmuş müddəalara uyğun olaraq yerinə yetirmək;
• İstehsalın avtomatlaşdırılmış idarəetmə sistemlərinin layihələndirilməsində və istehsalatda tətbiq olunmasında iştirak etmək və həyata keçirmək;
• Müəssisədə istifadə olunan Nəzarət Ölçücü Cihazların və Avadanlıqların standartlaşdırılmasını təşkil etmək;
• Avadanlıqların təhlükəsiz istismarını təmin etmək üçün açar-birka sisteminin tətbiqini həyata keçirmək;
• Avtomatlaşdırma sistemlərinin quraşdırılması prosesində müasir kompyuter texnologiyalarının və vasitələrin tətbiqi üçün təklflər hazırlamaq, və tətbiqində iştirak etmək;
• Müəssisənin ayrı istehsal sahələrinin iş prinsipini öyrənərək həmin sahələrin fəaliyyətində  avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiq olunması üçün müvafiq texniki tapşırıqları hazırlamaq və alqoritmlərin hazırlanmasında iştirak etmək;
• Tabeliyində olan işçilərin texniki təhlükəsizlik qaydalarına riayət etməsini təmin etmək və rəhbərlik tərəfindən həvalə edilmiş tapşırıqların düzgün, vaxtı-vaxtında icra olunmasına nəzarət etmək;
• Quraşdırılmaqda olan avtomatlaşdırma vasitələrinin xidməti üzrə təmir cədvəllərinin hazırlanmasında iştirak etmək; 
• Riyazi modellərin və alqoritmlərin analizi əsasında müəyyən olunmuş tapşırıqların həllini təmin edəcək proqram təchizatlarını işləmək, həmin proqramların sınağını və istehsalatda tətbiqini həyata keçirmək;
• Quraşdırma işləri zamanı hər hansı bir səbədən baş vermiş çatışmamazlıqlar barəsində dərhal birbaşa rəhbəri məlumatlandırmaq.

Tələblər:

• İddia edən şəxslərin təhsili texniki, ali-texniki;
• İddia edən şəxslərin iş təcrübəsi –istehsalatda (Sellüloz və kağız, Sement, Gips-karton lövhələr (alçipan), Taxta lövhə )Avtomatlaşdırma və proqram təminatı sahəsində 5 ildən az olmayaraq;
• İddia edən şəxslərin dil bilikləri, kompyuter bilikləri və fərdi keyfiyyətləri üzrə tələblər :
 Azərbaycan və rus dilləri; ingilis dilinə üstünlük verilir;
 Sənaye proqramlaşdırılmasında tətbiq olunan proqram təchizatını bilmək, istehsalatın avtomatlaşdırılması vasitələrinin təyinatını, iş prinsipini təmir olunması qaydalarını;
 İstehsalın avtomatlaşdırılmış idarəetmə sistemlərinin təşkili və proqramlaşdırma sahəsi üzrə normativ və metodiki materialları;
 Təmir işlərinin aparılmasının qayda və üsullarınI; layihələndirmənin metodikasını və üsullarını;
 Tərtib olunmuş alqoritmlərin əsasında proqram təchizatlarının yazılması;
 Texniki tapşırıqların hazırlama qaydalarını və tapşırıqların alqoritmləşdirilməsini; İnformasiyanın texniki daşıyıcılarının növlərini;
 İnformasiyanın təsnifatının və kodlaşdırılmasının növlərin;
 Təşkilatçılıq bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq.

Namizədlərdən xahiş olunur ki, öz CV-lərini 15 noyabr 2014-cü il tarixinədək təqdim etsinlər. Müraciət məktubunun mövzusunda vakansiyanın adını qeyd etməyiniz və [email protected] ünvanına göndərməyiniz xahiş olunur. 

Qeyd: Müsahibəyə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

Fibro Cement LLC (Synergy Group) tərəfindən digər vakansiyalar