Mühəndis - inşaatçı

İşin təsviri

 

 fasad və dam örtükləri,
 daxili arakəsmələr,
 döşəmə üçün nəzərdə tutulmuş fibrosement lövhələri (lifli sement lövhələri) istehsal edəcək.

Əsas vəzifə öhdəlikləri

• İş fəaliyyətində Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyə və digər hüquqi-normativ, texniki sənədlərə (СНИП, AzDTN, ГОСТ, ВСН və s.) əsaslanmaq;
• Tikinti-quraşdırma işlərinin əvvəlcədən təsdiq olunmuş İnşaat İşlərin İcra Layihəsinə, işçi cizgilərə  əsasən icra olunmasına, iş həcmlərin, tikinti-quraşdırma, təmir işlərinin müddətlərinin, keyfiyyətinin, inşaat işlərində istifadə olunan materialların, məmulatların və konstruksiyaların keyfiyyətinin layihə-smeta sənədlərinə, tikinti norma-qaydalarına, standartlara və texniki şərtlərə uyğun həyata keçirilməsinə nəzarəti təşkil etmək;
• İnşaat sahəsində tikinti-quraşdırma işlərinin texnoloji ardıcılığının qorunub saxlanmasına və təhlükəsiz icrasına nəzarəti təşkil etmək;
• İnşaat işlərinin icrası üçün yeni texnikanın tətbiqini, əməyin səmərəli təşkili, tikinti-quraşdırma, sazlama və istismara buraxılma işləri və istifadə olunan materialların qənaətli sərfi üzrə tədbirləri həyata keçirmək;
• İnşaat işlərində istifadə olunacaq beton və polad məmulatların layihələrə uyğun seçilməsini təmin etmək;
• Polad və taxtadan istehsal olunmuş məmulatların quraşdırılmasına nəzarəti təşkil etmək;
• İnşaat layihələrində hər hansı dəyişikliklərin olunması barəsində qərarların qəbul olunmasında iştirak etmək;
• İnşaat işlərinin icrasının gecikməsinə səbəb olan amillərin qarşısının alınması üçün müvafiq tədbirlər görmək;
• İnşaat işlərində qüsurların aradan qaldırılmasının vaxtı-vaxtında həyata keçirilməsinə nəzarət etmək;
• İnşaat işləri çərçivəsində gizli işlərin qeydiyyata alınması üçün “Gizli İşlər Aktının” tərtib olunmasını təşkil etmək;
• Tikinti-quraşdırma işlərinə texniki nəzarəti, inşaası bitmiş tikililərin və obyektlərin müvafiq sənədlər, aktlar əsasında təhvil alınmasınıda iştirak etmək;
• İnşaat işləri çərçivəsində hər hansı bir səbədən baş vermiş çatışmamazlıqlar barəsində dərhal birbaşa rəhbəri məlumatlandırmaq.

Tələblər:

• İddia edən şəxslərin təhsili texniki, ali-texniki;
• İddia edən şəxslərin iş təcrübəsi – Sənaye obyektlərinin inşaat işlərində 5 ildən az olmayaraq;
• İddia edən şəxslərin dil bilikləri, kompyuter bilikləri və fərdi keyfiyyətləri üzrə tələblər :
 Azərbaycan və rus dilləri; ingilis dilinə üstünlük verilir;
 Kompyuterdə istifadə bacarığı;
 Layihələndirmənin metodikasını və sistemlərini;
 Layihələrin, cizgilərin oxunma qaydalarını və istehsalatda tətbiqi qaydalarını;
 İnşaat işlərini tənzimləyən Azərbaycan Respublikasında qüvvədə olan qanunvericiliyi və digər hüquqi-normativ, texniki sənədləri (СНИП, AzDTN, ГОСТ, ВСН və s.);
 İnşaat işlərinin icra olunmasının texnoloji əsaslarını; tikinti işlərinin icra planlarının tərtib olunma və rəsmiləşdirilmə qaydalarını;
 İnşaat sahəsində layihə-smeta və inşaat işlərinin gedişatının qeydiyyatı üçün zəruri texniki sənədlərin hazırlanma qaydalarını;
 Təşkilatçılıq bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq.

Namizədlərdən xahiş olunur ki, öz CV-lərini 15 noyabr 2014-cü il tarixinədək təqdim etsinlər. Müraciət məktubunun mövzusunda vakansiyanın adını qeyd etməyiniz və [email protected] ünvanına göndərməyiniz xahiş olunur. 

Qeyd: Müsahibəyə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.