Mühəndis - elektrik

İşin təsviri

Şirkətin adı: Azerbaijan Fibro Cement MMC ("Synergy Group" ASC-nın üzvü olan şirkətdir)

Vəzifənin adı:  Mühəndis - elektrik
                           (Məhsulun yekun emalı avadanlıqlarının və avtoklav qurğularının quraşdırılması üzrə)

“Synergy Group” ASC haqqında

2010-cu ildə təsis edilmiş “Synergy Group” ASC Azərbaycanda fəaliyyət göstərən ən iri investisiya şirkətlərindən biridir. Qrup yüksək inkişaf potensialına malik strateji sənaye sahələrinə sərmayə qoyur. “Synergy Group” 28 müxtəlif və inkişafa yönəlmiş fəaliyyət sahəsini idarə edir və Qrupda ümumilikdə 1300-dən artıq işçi çalışır. 
“Synergy Group”un çox-sektorlu investisiya portfeli aşağıdakı sahələrə edilən iri yatırımlardan ibarətdir: inşaat və tikinti materiallarının istehsalı, otelçilik, İKT, istehsalat və kənd təsərrüfatı. “Synergy Group”a daxil olan şirkətlərin böyük əksəriyyəti Bakıdan kənarda yerləşməklə Azərbaycanda regionların sosial-iqtisadi inkişafına öz töhfəsini verir. “Synergy Group” ASC-nin investisiya strategiyası investisiya qoyulan sahələrin uzunmüddətli inkişafı və qoyulan sərmayələrin yüksək rentabelliyinin təmin edilməsinə əsaslanır.

"Azerbaijan Fibro Cement" MMC haqqında

Qaradağ rayonu ərazisində yerləşəcək zavodun 2015-ci ilin sonundan etibarən fəaliyyətə başlayacağı nəzərdə tutulmuşdur. AFC, Bakı-Salyan yolunun 47-ci kilometrliyində 6,8 hektar ərazidə yerləşəcək.

"Azerbaijan Fibro Cement" zavodu fibro sement məhsulundan:

 fasad və dam örtükləri,
 daxili arakəsmələr,
 döşəmə üçün nəzərdə tutulmuş fibrosement lövhələri (lifli sement lövhələri) istehsal edəcək.

Əsas vəzifə öhdəlikləri

• Elektrik qovşaqların və ayrı elektrik nöqtələrin quraşdırılmasını təşkil temək;
• Müxtəlif təyinatlı kabellərin çəkilməsini təşkil etmək;
• Elektrik kabellərin çəkilməsi üçün kanalların hazırlanmasını təşkil etmək;
• Elektrik mexanizmlərin və sxemlərin yığılmasını və sökülməsinı təşkil etmək;
• Elektrik şəbəkənin diaqnostikasını və təmirini həyata keçirmək;
• İşıqlandırma sistemlərinin quraşdırılmasını təşkil etmək;
• Transfomatorların (drossellərin) quraşdırılmasını təşkil etmək;
• Elektrik paylayıcıların və güc açarlarının quraşdırılmasını təşkil etmək;
• Baş və köməkçi yarımstansiyaların elektrik sxemlərinin, transformatorların və  transformatorların soyutma sistemlərinin quraşdırılmasını təşkil etmək;
• Müxtəlif növ elektrik qurğuların və cihazların yığlmasını və quraşdırılmasını həyata keçirmək;
• Fibro sement tərkibli məhsulların istehsalında tətbiq olunan məhsulun yekun emalı (kəsmə,cilalama, profilləmə və rəngləmə avadanlıqları) avadanlıqlarının quraşdırılması üçün müvafiq texniki sənədləri və sxemləri təhlil etmək,  quraşdırma işləri zamanı tətbiqini təmin etmək;
• Fibro sement tərkibli məhsulların istehsalında tətbiq olunan məhsulun yekun emalı (kəsmə,cilalama, profilləmə və rəngləmə) avadanlıqlarının elektrik hissələrinin yığılmasını və quraşdırılması həyata keçirmək;
• Sabit cərəyan, sinxron və asinxron elektrik mühərriklərinin quraşdırılmasını təşkil etmək;
• Qoruyucu və işçi torpaqlama işlərinin həyata keçirilməsini təşkil etmək;
• Mexaniki ötürücülər, reduktor və friksion mexanizmlərin quraşdırlımasında iştirak etmək;
• Quraşdırılan elektrik mexanizmlərinin yüksüz və yük altında sınağını həyata keçirmək;
• Quraşdırılan texnoloji avadanlıqların qrup şəkildə soyuq sınaq olunması üçün hazırlıqlar görmək;
• Təhlükə potensialı daşıyan işlərin icrası zamanı müvafiq təhlükəsizlik tədbirlərini təmin etmək;
• Tabeliyində olan işçilərin texniki təhlükəsizlik qaydalarına riayət etməsini təmin etmək və rəhbərlik tərəfindən həvalə olunmuş apşırıqların düzgün və vaxtı-vaxtında icra olunmasına nəzarət etmək;
• Elektrik xidməti sahəsində quraşdırılan elektrik avadanlıqların təmir qrafiklərinin tərtib olunmasında iştirak etmək, quraşdırılmış avadanlıqların istismarı üzrə təlimatların tərtib etmək;
• Quraşdırma işləri zamanı hər hansı bir səbədən baş vermiş çatışmamazlıqlar barəsində dərhal birbaşa rəhbəri məlumatlandırmaq.

Tələblər:

• İddia edən şəxslərin təhsili texniki, ali-texniki
• İddia edən şəxslərin iş təcrübəsi  - istehsalatda (Sellüloz və kağız, Sement, Gips-karton lövhələr (alçipan), Taxta lövhə ) Elektrik mühəndisliyi sahəsində 5 ildən az olmayaraq
• İddia edən şəxslərin dil bilikləri, kompyuter bilikləri və fərdi keyfiyyətləri üzrə tələblər :
 Azərbaycan və rus dilləri; ingilis dilinə üstünlük verilir;
 Kompyuterdə istifadə bacarığı;
 Layihələndirmənin metodikasını və sistemlərini;
 Baş və köməkçi yarımstansiyaların elektrik sxemlərinin, transformatorların quruluşunu, transformatorların soyutma sistemlərinə olan texniki tələbləri; sabit cərəyan, sinxron və asinxron elektrik mühərriklərin iş prinsiplərini, quruluşunu, xəttə qoşulma sxemlərini, istismara buraxılma və təmir qaydalarını;
 Qoruyucu və işçi torpaqlama işlərinin tətbiqi qaydalarını, Elektrik avadanlıqların konstruktiv quruluşunu;
 Mühərriklər, invertorlar və PLC alqoritmləri əsasında idarə olunan avadanlıqların idarə olunma sistemlərinin quruluşunu və təmirini;
 mexaniki ötürücülər, reduktor və friksion mexanizmlərin quruluşunu və iş prinsipini; elektrik avadanlıqlarının quraşdırlması zamanı tətbiq olunan nəzarət ölçücü cihazların və alətlərin quruluşunu və təyinatını;
 Müqavimətin və izolyasıyanın ölçülmə üsullarını;
 Koverlərdə naqil birləşmələrinin yoxlama qaydalarını ;
 Təhlükə potensialı olan işlərin icra olunması üçün müvafiq işə buraxılış qaydalarını və tətbiqini;
 Təşkilatçılıq bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq.

Namizədlərdən xahiş olunur ki, öz CV-lərini 15 noyabr 2014-cü il tarixinədək təqdim etsinlər. Müraciət məktubunun mövzusunda vakansiyanın adını qeyd etməyiniz və [email protected] ünvanına göndərməyiniz xahiş olunur. 

Qeyd: Müsahibəyə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.