Mühəndis - mexaniki

İşin təsviri

Şirkətin adı: Azerbaijan Fibro Cement MMC ("Synergy Group" ASC-nın üzvü olan şirkətdir)

Vəzifənin adı:  Mühəndis - mexaniki
                           (Zavod daxili boru xəttləri quraşdırılması üzrə)

“Synergy Group” ASC haqqında

2010-cu ildə təsis edilmiş “Synergy Group” ASC Azərbaycanda fəaliyyət göstərən ən iri investisiya şirkətlərindən biridir. Qrup yüksək inkişaf potensialına malik strateji sənaye sahələrinə sərmayə qoyur. “Synergy Group” 28 müxtəlif və inkişafa yönəlmiş fəaliyyət sahəsini idarə edir və Qrupda ümumilikdə 1300-dən artıq işçi çalışır. 
“Synergy Group”un çox-sektorlu investisiya portfeli aşağıdakı sahələrə edilən iri yatırımlardan ibarətdir: inşaat və tikinti materiallarının istehsalı, otelçilik, İKT, istehsalat və kənd təsərrüfatı. “Synergy Group”a daxil olan şirkətlərin böyük əksəriyyəti Bakıdan kənarda yerləşməklə Azərbaycanda regionların sosial-iqtisadi inkişafına öz töhfəsini verir. “Synergy Group” ASC-nin investisiya strategiyası investisiya qoyulan sahələrin uzunmüddətli inkişafı və qoyulan sərmayələrin yüksək rentabelliyinin təmin edilməsinə əsaslanır.

"Azerbaijan Fibro Cement" MMC haqqında

Qaradağ rayonu ərazisində yerləşəcək zavodun 2015-ci ilin sonundan etibarən fəaliyyətə başlayacağı nəzərdə tutulmuşdur. AFC, Bakı-Salyan yolunun 47-ci kilometrliyində 6,8 hektar ərazidə yerləşəcək.

"Azerbaijan Fibro Cement" zavodu fibro sement məhsulundan:

 fasad və dam örtükləri,
 daxili arakəsmələr,
 döşəmə üçün nəzərdə tutulmuş fibrosement lövhələri (lifli sement lövhələri) istehsal edəcək.

Əsas vəzifə öhdəlikləri

• Zavod daxilində müxtəlif növ və təyinatlı boru xətlərinin, boru birləşmələrinin və elementlərinin quraşdırılmasını, sazlanmasını və istismara verilməsini təşkil etmək;
• Qatılığı 15-55% olan hazırlanmış suspenziyaların, məhlulların nəqli üçün boru xətlərinin müvafiq tələblərə əsasən quraşdırılmasını təşkil etmək;
• Boru xəttlərinin quraşdırılması zamanı nasos, elevator, paket filtr bloklarının, flayans birləşmələrini, əks klapanların, siyirtmələrin, dirsək, mühafizə klapanlarının, nəzarət ölçücü cihazların, kompensatorları n və s. elementlərin boru xəttlərinə texniki tələblərə və qaydalara əsasən quraşdırılmasını təşkil etmək;
• Fəza birləşmə sxemlərini oxumağı və boru birləşmələrinin həmin sxemlərə əsasən icrasını təşkil etmək;
• Boru sisteminin birləşmələrinin nişanlanmasını təşkil etmək;
• Qaynaq üsulu ilə boruların, seksiyaların, dirsəklərin və bir sıra elementlərin hazırlanmasını təşkil etmək;
• Quraşdırma zamanı boru xətlərinin korroziyaya qarşı izolyasiya olunmasını təmin etmək;
• İşlərin icrasının ümumi müddəaları və texnoloji boru xətlərinin xüsusiyyətlərinə görə sinifləşməsini təşkil etmək;
• Boru xətlərinin quraşdırılacağı istehsal və qeyri istehsal binalarına və sahələrinə olan texniki tələblərə riayət etmək;
• Boru  xətlərinin çəkilmə zolaqlarına, dayaqlarına, asqılarına, qarşılıqlı yerləşmə və yolla kəsişmə, həddi meyillənmə qaydalarının tətbiqini quraşdırma işləri zamanı təşkil etmək;
• Boru xətlərinin quraşdırılması zamanı qaynaq işlərinin keyfiyyətinin yoxlanılmasını təşkil etmək;
• Boru xətlərinin hidravlik və pnevmatik sınaq, yuma və sıxılmış hava ilə təmizləməsini təşkil etmək;
• Tabeliyində olan işçilərin texniki təhlükəsizlik qaydalarına riayət etməsini təmin etmək və rəhbərlik tərəfindən həvalə edilmiş tapşırıqların düzgün, vaxtı-vaxtında icra olunmasına nəzarət etmək;
• Quraşdırma işləri zamanı hər hansı bir səbədən baş vermiş çatışmamazlıqlar barəsində dərhal birbaşa rəhbəri məlumatlandırmaq.

Tələblər:

• İddia edən şəxslərin təhsili texniki, ali-texniki;
• İddia edən şəxslərin iş təcrübəsi – İstehsalat sahəsində istehsalatda (Sellüloz və kağız, Sement, Gips-karton lövhələr (alçipan), Taxta lövhə) 5 ildən az olmayaraq;
• İddia edən şəxslərin dil bilikləri, kompyuter bilikləri və fərdi keyfiyyətləri üzrə tələblər :
 Azərbaycan və rus dilləri;
 Kompyuterdən istifadə bacarığı;
 Sıxlığı suya nisbətən 15-55% təşkil edən məhlulların boru sistemləri vasitəsi ilə nəql olunması qaydalarını;
 Boru xəttlərinin quraşdırılması qaydalarını, nasosların, kompressor qurğularının, şnek tipli konveyerlərin quraşdırılması və xidməti;
 Boru xətlərinin hidravlik sınaq qaydalarını; boru xətlərinin metalloqrafiyasının, rəngləmə qaydalarını bilmək; boru xətti dayaq sistemlərinin quraşdırılması qaydalarını bilməli;
 Boru sistemlərində tətbiq olunan quraşdırıcı elementlərin eskizləşdirilməsi və eskizlərin əsasında hazırlanması qaydaları;
 Boru xəttlərində tətbiq olunan kipləşdirici materialların xüsusiyyətlərini, tətbiq sahələrini tikinti sahəsində hazırlanması qaydalarını bilmək;
 Təşkilatçılıq bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq.

Namizədlərdən xahiş olunur ki, öz CV-lərini 15 noyabr 2014-cü il tarixinədək təqdim etsinlər. Müraciət məktubunun mövzusunda vakansiyanın adını qeyd etməyiniz və [email protected] ünvanına göndərməyiniz xahiş olunur. 

Qeyd: Müsahibəyə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.