Mühəndis - mexaniki

İşin təsviri

Şirkətin adı: Azerbaijan Fibro Cement MMC ("Synergy Group" ASC-nın üzvü olan şirkətdir)

Vəzifənin adı:  Mühəndis - mexaniki
                           (Kəsmə, profilləmə, cilalama, rəngləmə və avtoklav sahəsinin)

“Synergy Group” ASC haqqında

2010-cu ildə təsis edilmiş “Synergy Group” ASC Azərbaycanda fəaliyyət göstərən ən iri investisiya şirkətlərindən biridir. Qrup yüksək inkişaf potensialına malik strateji sənaye sahələrinə sərmayə qoyur. “Synergy Group” 28 müxtəlif və inkişafa yönəlmiş fəaliyyət sahəsini idarə edir və Qrupda ümumilikdə 1300-dən artıq işçi çalışır. 
“Synergy Group”un çox-sektorlu investisiya portfeli aşağıdakı sahələrə edilən iri yatırımlardan ibarətdir: inşaat və tikinti materiallarının istehsalı, otelçilik, İKT, istehsalat və kənd təsərrüfatı. “Synergy Group”a daxil olan şirkətlərin böyük əksəriyyəti Bakıdan kənarda yerləşməklə Azərbaycanda regionların sosial-iqtisadi inkişafına öz töhfəsini verir. “Synergy Group” ASC-nin investisiya strategiyası investisiya qoyulan sahələrin uzunmüddətli inkişafı və qoyulan sərmayələrin yüksək rentabelliyinin təmin edilməsinə əsaslanır.

"Azerbaijan Fibro Cement" MMC haqqında

Qaradağ rayonu ərazisində yerləşəcək zavodun 2015-ci ilin sonundan etibarən fəaliyyətə başlayacağı nəzərdə tutulmuşdur. AFC, Bakı-Salyan yolunun 47-ci kilometrliyində 6,8 hektar ərazidə yerləşəcək.

"Azerbaijan Fibro Cement" zavodu fibro sement məhsulundan:

 fasad və dam örtükləri,
 daxili arakəsmələr,
 döşəmə üçün nəzərdə tutulmuş fibrosement lövhələri (lifli sement lövhələri) istehsal edəcək.

Əsas vəzifə öhdəlikləri

• Qurğuların və avadanlıqların quraşdırılacağı özüllərin və təməllrin yoxlanılmaq və quraşdırma işlərinə hazırlığını təmin etmək;
• Avadanlıqların və qurğuların mexaniki hissələrinin layihəyə uyğun olaraq quraşdırılmasını təşkil etmək;
• Yeni mexaniki avadanlığın sazlanma, istismara buraxılma işlərində iştirak etmək və rəy vermək;
• Avadanlıqların quraşdırılması zamanı texnoloji ardıcılığının qorunub saxlanmasını təmin etmək;
•  Fibro sement tərkibli məhsulların istehsalında tətbiq olunan məhsulun yekun emalı (kəsmə,cilalama, profilləmə və rəngləmə avadanlıqları) avadanlıqlarının quraşdırılması üçün müvafiq texniki sənədləri və sxemləri təhlil etmək, quraşdırma işləri zamanı tətbiqini təmin etmək;
• Fibro sement tərkibli məhsulların istehsalında tətbiq olunan məhsulun yekun emalı (kəsmə,cilalama, profilləmə və rəngləmə) avadanlıqlarının mexaniki hissələrinin yığılmasını və quraşdırılması həyata keçirmək;
• Mexaniki avadanlıqların quraşdırılmasında yeni proqressiv üsulların istifadə olunması üzrə təkliflər vermək;
• Tabeliyində olan işçilərin texniki təhlükəsizlik qaydalarına riayət etməsini təmin etmək və rəhbərlik tərəfindən həvalə edilmiş tapşırıqların düzgün, vaxtı-vaxtında icra olunmasına nəzarət etmək;
• Təhlükə potensialı daşıyan işlərin icrası zamanı müvafiq təhlükəsizlik tədbirlərini icrasını təmin etmək;
• Təzyiq altında işləyən tutumların və qurğuların quraşdırılması zamanı müvafiq texnoloji və texniki qaydalara riayət etmək;
• Yeni quraşdırılmış quraşdırılmış mexaniki avadanlıqların təmir qrafiklərinin tərtib edilməsində iştirak etmək və təkliflər vermək;
• Quraşdırılmış avadanlıqların istismarı üzrə müvafiq texniki sənədlərin hazırlamaq və texnoloji-təmir təlimatlarının hazırlanmasında iştirak etmək;
• Quraşdıralacaq avadanlıqların və qurğuların təmir cədvəllərinin tərtib etmək;
• Quraşdırma işləri zamanı hər hansı bir səbədən baş vermiş çatışmamazlıqlar barəsində dərhal birbaşa rəhbəri məlumatlandırmaq.

Tələblər:

• İddia edən şəxslərin təhsili texniki, ali-texniki;
• İddia edən şəxslərin iş təcrübəsi – istehsalatsahəsində (Sellüloz və kağız, Sement, Gips-karton lövhələr (alçipan), Taxta lövhə) 5 ildən az olmayaraq;
• İddia edən şəxslərin dil bilikləri, kompyuter bilikləri və fərdi keyfiyyətləri üzrə tələblər :
 Azərbaycan və rus dilləri; ingilis dilinə üstünlük verilir;
 Kompyuterdə istifadə bacarığı;
 Mexaniki avadanlıqların quraşdırıması, sazlanması və istismara buraxılması qaydalarını;
 Mexaniki avdanlıqların təmiri üzrə təmir cədvəllərin hazırlanması və təmir işlərinin təşkili qaydalarını; layihələndirmənin metodikasını və üsullarını;
 Yastıqlı, diyircəkli konveyerlərin istismar və təmir qaydalarını;
 Təzyiq altında işləyən tutumların və avadanlıqların quraşdırılması, sınağı və istismarı qaydalarını;
 İstehsalatda texniki təhlükəsizlik qaydalarını;
 Təşkilatçılıq bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq.

Namizədlərdən xahiş olunur ki, öz CV-lərini 15 noyabr 2014-cü il tarixinədək təqdim etsinlər. Müraciət məktubunun mövzusunda vakansiyanın adını qeyd etməyiniz və [email protected] ünvanına göndərməyiniz xahiş olunur. 

Qeyd: Müsahibəyə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.