Xarici satınalma mütəxəssisi

İşin təsviri

İş barədə məlumat:

  • Yerli və xarici bazarda tədarükçülərin araşdırılması və qiymət təkliflərinin toplanması
  • Tədarükçülərlə effektiv danışıqların aparılması və müqavilə şərtlərinin razılaşdırılması
  • Sifarişlərin çatdırılmasına nəzarət və çatdırılma prosesinin izlənməsi
  • Gömrük və qeydiyyat prosesləri üçün lazım olan sənədlərin tam və düzgün şəkildə toplanmasına nəzarət etmək
  • Mal-material hərəkətinin izlənməsi və sənədləşmənin düzgün aparılması
  • Aylıq və illik satınalma planlarının hazırlanmasında iştirak
  • Rəhbərliyə müntəzəm hesabatların təqdim edilməsi
  • Əmək haqqı: 800 - 1000 AZN
  • Həftənin 6 günü iş günü (6-cı gün qısa iş günü)
  • İstirahət günü həftədə 1 gün (bazar günü)
  • İş saatı 09:00-dan 18:00-dək

Namizədə Tələblər:

  • Cins: Qadın
  • Xarici satınalma sahəsində minimum 1-2 il iş təcrübəsi mütləqdir
  • Yüksək analitik düşüncə və danışıqlar aparmaq bacarığı
  • Azərbaycan,Ingilis və rus dillərində səlis yazı və danışıq qabiliyyəti 
  • Təşkilati bacarıqlar və operativ qərarvermə qabiliyyəti
  • MS Office proqramları ilə işləmə bacarığı
  • Analitik düşüncə, ünsiyyət və danışıqlar aparma qabiliyyəti
  • Komanda ilə işləmə bacarığı və məsuliyyətlilik

Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Xarici satınalma mütəxəssisi” yazaraq Müraciət Et butonunda qeyd olunan e-mail ünvanına göndərmələri xahiş olunur.