Baş Anbardar

  • Food Packing
  • Elanın qoyulma tarixi: 24.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək
  • Anbarda olan malların növlərinə görə səliqə ilə yığılmasını təşkil etmək
  • Malların qəbulunun planlaşdırılması və uçotunun aparılması
  • Anbardaxili əməliyyatlarının gündəlik uçotunun təşkili
  • Mal və materialların inventar üzrə qeydiyyatını aparmaq
  • Anbarlarda olan malların standartlara uyğun yığım və düzülüş qaydalarına nəzarət etmək
  • Anbarlara boşalan malların satış üçün yararlılığını yoxlamaq və rəhbərliyə məlumat vermək
  • Anbar qalıqlarının qeydiyyatını aparmaq
  • Anbarda məhsulların çeşid və kateqoriya üzrə düzgün qaydada sənədləşdirərək qeydiyyata almaq
  • Qablaşdırma məhsullarının itkilərin qarşısını almaq məqsədi ilə mühafizəsinin təşkili və təmin olunmasına nəzarət etmək

Namizədə tələblər:

  • Yaş: 30-45
  • Təcrübə: Anbardar olaraq 5 il iş stajı 
  • Əlavə: 1 C üzrə bilik olması mütləqdir
  • Dil: Azərbaycan dili və Rus dili (Mütləqdir)
  •  Dəqiq və məsuliyyətli  
  • Komandada işləmə bacarığı
  • Anbar Lökbatan dairəsində yerləşir.

Vakansiya ilə maraqlanan namizədlər öz CV-lərini elektron ünvanına mövzu hissəsində “Baş Anbardar” qeyd etməklə göndərə bilərlər.