HR Təlim: Kadrların peşəkar seçimi

  • Barattson
  • Elanın qoyulma tarixi: 30.09.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Title: HR Təlim: Kadrların peşəkar seçimi

18 - 19 oktyabr, 2014-ci il tarixində – 2 gün/16 saat

İstənilən biznesi uğurlu edən nədir? Haqlısınız, onun işçi heyətidir.

Ən son texnologiyalar, hüdudsuz maliyyə büdcəsi, tanınmış brend olsa belə bu üstünlükləri səmərəli və peşəkar istifadə edə bilməyən personalınız varsa, biznesiniz təhlükədədir.

Təlimin məqsədi:

Yerli əmək bazarında məhz biznesiniz üçün faydalı olacaq istedadlı namizədlərin tapılıb işə cəlb edilməsinin sirrləri və uğurlu işəgötürmə prosesi haqdadır. Bu təlim HR mütəxəssisləri üçün olmaqla yanaşı, həm də daha geniş auditoriya üçün nəzərdə tutularaq digər sahələrin aparıcı mütəxəssislərinə, yüksək vəzifələrdə çalışan peşəkarlara, özəl biznes sahiblərinə, rekruterlərə və s. tövsiyyə olunur.

Təlimin özəlliyi:

Təlim yalnız nəzəri deyil, əsasən praktik biliklərin öyrənilməsindən və onun məhz ixtisaslaşmış təcrübəli HR mütəxəssisi tərəfindən fərqli və müasir təlim üsulu ilə aparılmasından ibarətdir. Bununla yanaşı təlim HR istiqamətində bugünün aktual mövzularının müzakirələri və informativ xarakterli interaktiv oyunlarla aparılır.

Öyrənəcəkləriniz:

- Mahir HedHanter (HeadHunter) və Rekruter (Recruiter) bacarığı
- Əmək bazarında şirkətiniz üçün yaxşıların yaxşısını seçə bilmək bacarığı
- Ən effektiv vakansiya elanlarının hazırlanması
- Peşəkar müsahibə aparma bacarığı
- Şəffaf və qərəzsiz müsahibəni təmin edən şərtlər
- Müxtəlif müsahibə növlərinin sirrləri və fərqli davranış tipləri
- Çətin namizədlər və onlarla müsahibə
- İş təkliflərinin cəlbedici formatda hazırlanması
- Yeni vəzifənin yaranması və vəzifə təyinatının müəyyənləşdirilməsi
- Rekruter üçün vacib sayılan ünsiyyət bacarığının inkişaf etdirilməsi
- İşəgötürmə prosesində qanunvericiliyi nəzərə almaqla diskriminasiya və digər qeyri-qanuni risklərin qarşısının alınması

Təlimçi:

Lalə Mirzəyeva- audit, telekommunikasiya, QHT, neft-qaz və digər sənayelərdə 10 ilə yaxın təcrübəyə malik HR və Biznesin İdarəçiliyi mütəxəssisidir. HR karyerasına Deloitte & Touche şirkətində başlamış, daha sonralar World Bank, ABB, YMCA Toronto və digər təşkilatlarda HR vəzifələrində çalışmış, həmçinin Azərbaycanda və Kanadada konsaltinq və təlim istiqamətlərində fəaliyyət göstərmişdir.
Lalə Mirzəyeva Kanadada Seneca School of Applied Arts & Technologies təhsil ocağında HRM fakultəsində təhsil almış və hal-hazırda nüfuzlu CHRP kvalifikasiyası üzrə namizəd pilləsindədir. Bundan öncə, o həmçinin, Xəzər Universitetinin Tərcümə fakultəsini yüksək fəxri diplomla bitirmiş və orada bir sıra vacib MBA fənnlərində iştirak etmişdir. Bundan başqa o HR, Liderlik və Biznesin İdarəedilməsi sahəsində mütəmadi olaraq bir sıra təlimlərdə iştirak etmişdir. HR biliklərilə birgə o həm də, HR İnformasiya Texnoloqiyaları (HRIS) sayılan SAP, PeopleSoft, E-recruitment RMS (Recruitment Management System) və digər vasitələrdə səlis işləmə bacarığına malikdir.

Təlimin qiyməti: 240 AZN

Vaxt: 18 - 19 oktyabr, 2014-ci il (2 gün/16 saat).
Hər gün 09:30-dan 17:00-a qədər.

Dil: Azərbaycan dili

Məkan: Çıraq plaza

Endirimlər: Eyni şirkətdən 2 nəfər - 5%, 3 nəfər - 10%, 4 nəfər - 15%, 5 nəfər - 20%, 6-10 nəfər - 25%

Xüsusi endirimlər:

Universitet tələbələri: bakalavr dərəcəsi üçün 50%, maqistr dərəcəsi üçün 25%,
Dövlət qulluqçuları üçün 30% (fiziki şəxs olmaqla),
Hərbi xidmətdən son bir il ərzində təxris olunmuşlar üçün 40%,
Cəbhə xəttində son bir il ərzində xidmət edənlər üçün 50%,
Şəhid ailəsindən olan şəxslər üçün 50%.

Yalnız Barattson-da !!!

Qeydiyyatdan keçməyə tələsin. Son qeydiyyat 17 oktyabr 2014-cü il!

Qeydiyyatdan keçmək üçün:
[email protected]
(012) 505 44 96/97
(070) 205 44 96/97

İşəgötürənin reytinqi