Təlim və İnkişaf Meneceri

  • Barattson
  • Elanın qoyulma tarixi: 15.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:  

  • Əməkdaşların təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi;
  • İllik təlim və inkişaf büdcəsinin hazırlanması;
  • Təlim prosedurlarının və inkişaf proqramlarının işlənib hazırlanması;
  • Təlimin effektivliyinin ölçülməsi və əməkdaşların işinə verdiyi töhfənin qiymətləndirilməsi;
  • Daxili təlimçi bazasının formalaşdırılması və idarəedilməsi;
  • Yeni əməkdaşlar üçün şirkətin missiyası, fəaliyyəti, daxili prosedurları, korporativ mədəniyyət üzrə orientasiyanın keçirilməsi;
  • Sınaq müddəti ərzində yeni əməkdaşların bölmədaxili təlim prosesinə nəzarət edilməsi;
  • Sınaq müddətində olan əməkdaşların xətti menecer ilə birgə dəyərləndirilməsi;
  • İşə qəbul edilən yeni əməkdaşlar üçün orientasiya planının hazırlanması və müvafiq təlimlərin təşkil edilməsi;
  • İşçilərin səriştə və bacarıqlarının qiymətləndirilərək onlar üçün inkişaf planının hazırlanması və davamçı yetişdirmə proqramlarının həyata keçirilməsi; 
  • Bölmələr arası rotasiyaların həyata keçirilməsi üçün əməkdaşların müvafiq təlimləndirilməsi üzrə “coach”ların  təyin edilməsi; 
  • Təlimlə bağlı görülən işlər haqqında aylıq, rüblük, illik hesabatlar hazırlamaq;
  • Şirkət daxilində performans İdarəetmə və fəaliyyətin qiymətləndirilməsi prosesini həyata keçirmək;
  • Yeni təlimlərin və təlim materiallarının hazırlanması;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.

Əsas tələblər:

  • Ali təhsil  (humanitar/iqtisadi);
  • Təlim və İnkişaf, Performans İdarəetmə Proseslərində minumum 2 il iş təcrübəsi;
  • Ənənəvi və müasir təlim metodları ilə tanışlıq;
  • Peşəkar ünsiyyət və təqdimetmə bacarıqlarına malik olmalı;
  • İdarəetmə və təşkilatçılıq qabiliyyəti;
  • Mentorluq bacarığı;
  • Səlis Azərbaycan dili, rus dili və ingilis dili biliyi üstünlükdür;
  • MS Office Proqramlarında peşəkar işləmək bacarığı.

İş qrafki: Beşgünlük (saat 09:00-18:00),  

Əmək haqqı: 800-900 AZN.

Namizədlərdən CV-lərini email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Təlim və İnkişaf meneceri” qeyd olunmaqla göndərməkləri xahiş olunur.

CV-nin son göndərilmə tarixi: 15 yanvar 2024-cü il.

İşəgötürənin reytinqi