Maliyyə departamentinin Eksperti

  • Bank of Baku
  • Elanın qoyulma tarixi: 20.09.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Maliyyə departamentinin Eksperti

Bankımız haqda:

1994-cü ildə “Tuqay” adı altında ölkənin ilk kommersiya banklarından biri olaraq qeydiyyatdan keçmişdir. 1997-ci ilin fevral ayında təsisçilərin qərarı ilə bankın adı “Bank of Baku” Birgə Səhmdar Kommersiya Bankı adı ilə əvəzlənmişdir. 2004-cü ildən etibarən bankımız Açıq Səhmdar Cəmiyyət kimi fəaliyyət göstərir.Hazırda fəaliyyətdə olan 25 filial və 1 inzibati ofis müştərilərimizə bütün növ bank xidmətləri göstərir.
Bankımızın uzunmüddətli hədəfi fərdlərə, kiçik və orta biznesə müasir və keyfiyyətli maliyyə məhsulları və xidmətlərini təqdim edən aparıcı maliyyə qurumu kimi qalmaqla bərabər, həm də fəaliyyətini inkişaf etdirməkdir. 

Əsas vəzifə və öhdəliklər:

 Ödənişlərə və xərclərə nəzarət edir;
 Əsas vəsaitlərin üçotunu aparır;
 Gündəlik hesabatların yenilənməsini təmin edir.

Tələb olunan kriteriyalar:

 Maliyyə və ya İqtisadiyyat sahəsində ali təhsilin olması;
 Maliyyə/Mühasibatlıq üzrə1 ilədək iş təcrübəsinin olması üstünlük təşkil edir;
 Məntiqi düşünmək, detallara diqqət etmək qabiliyyəti;
 Məsuliyyətli və dəqiq;
 Azərbaycan və İngilis dillərini əla bilmək (Rus dili biliklərinin olması üstünlük təşkil edir);
 MS Office proqramlarında işləmək bacarığı.

Yuxarıdakı tələblərə uyğun namızədlər “Subject” qrafasında “Maliyyə” yazmaqla öz CV-lərini və ya bankın saytında http://www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/i-muraci-t-formas/əldə edilmiş “İşə müraciət formu”nu (şəkillə birlikdə) Azərbaycan dilində [email protected] ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 10 Oktyabr 2014-cü ildir. Xahiş edirik, telefon vasitəsilə müraciət etməyəsiniz.

 

İşəgötürənin reytinqi