Bank of Baku


“Bank of Baku”

1994-cü il fevral ayının 14-də təsis edilən “Bank of Baku” bu gün Azərbaycanın aparıcı maliyyə təsisatlarından biridir. Hal hazırda “Bank of Baku” ölkəmizin həm istehlak kreditləri sahəsində, həm də plastik kartlar bazarında öncül mövqelərə malikdir. Bu yaxınlarda “Bank of Baku” özünün bir milyonuncu kreditini rəsmiləşdirdi. Bu rəqəm, Azərbaycanın bank sektorunda rekord bir göstəricidir. Bundan savayı, “Bank of Baku” Azərbaycanın ən geniş yayılmış və ilk hissə-hissə ödənişli kredit kartı olan Bolkartın sahibidir və bu gün Bolkartdan 150.000-dən çox Azərbaycan vətəndaşı istifadə edir.

Ötən il “Bank of Baku”-nun sadiq müştəriləri üçün yaratdığı “Dostlar klubu”-na qısa müddətdə 120.000-əyaxın müştəri qoşulub və onlar kredit alarkən müxtəlif güzəştlərdən faydalanırlar. Bu yaxınlarda təsis edilən “Əmanət klubu” isə bank əmanətçilərinə imtiyaz və endirimlər təklif edir. Bu layihə də, “Bank of Baku”-nun digər layihələri kimi, vətəndaşlar tərəfindən böyük maraqla qarşılanıb.

“Bank of Baku” ölkədə nağdsız hesablaşmaların inkişafını dəstəkləyir. Nağdsız ödəmələr  “Bank of Baku”-nun fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Banka məxsus kredit kartların əksəriyyətini Bolkart, loyal müştərilərə verilən “Dostlar Klubu” kartları, Visa və Mastercard kredit kartları, Mybrands və İdeal kobrend kredit kart növləri təşkil edir. Məhz bu kredit kartları hazırda vətəndaşlar arasında daha böyük populyarlığa malikdirlər.

Bir müddət öncə isə Moody’s beynəlxalq reytinq agentliyi “Bank of Baku”-nun  B2  uzun müddətli reytinq üzrə proqnozunu  stabildən pozitiv səviyyəyə dəyişdi. İnkişaf templərini saxlama məqsədi ilə  “Bank of Baku”-nun səhmdarları və Müşahidə Şurası bankın yeni strateji inkişaf proqramını təsdiq ediblər. Proqramın əsas cəhətlərindən birini filiallar şəbəkəsinin genişləndirilməsi təşkil edir. Bank tərəfindən daha 10 filial təsis etmək və beləliklə “Bank of Baku”-nun paytaxt və regionlardakı filiallarının sayının 50%-dən çox artması planlaşdırılır. Cari ildə artıq bir neçə yeni filial qapılarını müştərilərin üzərinə açıb. Planın icrasının sübutu kimi  “Həzi Aslanov” və “Yasamal” filiallarının açılışını göstərmək olar.  Bundan savayı, “Bank of Baku”-nun təzə baş ofisi üçün Bakıda  yeni binanın inşa edilməsi barədə qərar qəbul edilib.

Hal hazırda “Bank of Baku”-nun ölkə boyunca Baş ofisi və 22 filialı fəaliyyət göstərir.

Bu gün ”Bank of Baku” korporativ idarəçilik standartlarını və risk menecmentini təkmilləşdirir, beynəlxalq hesabatlılıq üsullarını tətbiq edir və beləliklə, dünyanın aparıcı bankçılıq təcrübəsini Azərbaycanda tətbiq edir.

Bank artan rəqabət şəraitində öz mövqelərini daha da möhkəmləndirib.  “Bank of Baku”-nun kredit imkanları artıb, beynəlxalq səhnədə etibarı daha da yüksəlib, ölkəmizdə isə insanların banka  inamı sarsılmaz xarakter alıb. Tam qətiyyətlə demək olar ki, bu gün “Bank of Baku” Azərbaycanın öndə gedən maliyyə təsisatlarından biridir.

İşəgötürənin reytinqi

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?