MICROSOFT TEXNOLOGİYALARI ÜZRƏ PROQRAMÇI-TƏLİMÇİ
KES Program professional İKT təlimlərini üfiqi-şaquli-ortoqonal istiqamətlərdə genişləndirmək və təlimçi bazasını gücləndirmək məqsədilə Microsoft texnologiyaları üzrə proqramçı-təlimçi vakansiyasını elan edir.
İŞ QRAFİKİ
KES təlimləri mütəxəssislərin əsas iş yerləri, səhər və günorta növbəsində təhsil alan tələbələrin dərs saatlarını nəzərə alaraq layihə üçün aşağıdakı ümumi təlim qrafikini müəyyənləşdirmişdir:
# Bazar ertəsi (I) - Cümə günü (V) /19:00-22:00 intervalı (praktik təlimlər)
# Şənbə (VI) - Bazar günü (VII) /10:00-22:00 intervalı (nəzəri təlimlər)
ƏMƏK HAQQI
# Əmək haqqı təlim saatlarından, təlimçinin rəsmi iş stajından, təlim keçəcəyi istiqamət üzrə beynəlxalq sertifikatın mövcudluğundan və təlim iştirakçılarının sayından asılıdır
ƏLAVƏ İMKANLAR
# Təlimlərin sonunda dinləyicilərdən toplanmış anonim sorğu əsasında müsbət rəy almış təlimçi əlavə bonus əldə edir
# Reytinqli xarici ali məktəblərin məzunu olmuş təlimçilər anonim sorğunun nəticəsi müsbət olduğu halda təlimin sonunda əlavə olaraq birdəfəlik ödənişlə qrant alır
# Təlimçilər layihənin bütün təlimlərində ödənişsiz iştirak edə bilər
# Təlimçilər layihə mərkəzinin resurslarında (kitabxana, kompüter zalı və s.) iş saatlarında istifadə edə bilər
# Kofeteriyadan ödənişsiz istifadə
# İT, maliyyə və spesifik sahələr üzrə xarici dilli layihələr üçün peşəkar komanda dəstəyi
# Əsas iş yeri ilə yanaşı əlavə iş yeri ilə maraqlanan namizədlər üçün əlverişlidir
ÜNVAN
Bakı ş., Yasamal r., Şəhriyar k.26 (BDU, MegaCity və 53 saylı orta məktəbin yanı)
____________________________________________________________________________________________________
NAMİZƏDƏ OLAN TƏLƏBLƏR
# Microsoft texnologiyaları üzrə proqramlaşdırma dillərində - Visual Basic, C, Objective-C, C++, C#, ASP.NET, .NET framework və Microsoft Visual Studioilə minimum 2 il rəsmi iş təcrübəsi
# Microsoft Office paketinin makrosları ilə işləmək bacarığı
# Bakalavr təhsili kompüter elmləri, tətbiqi riyaziyyat və informatika ixtisaslarından biri olmalı
# Texniki ingilis və ya alman dili ədəbiyyat oxumaq, təlim materialı hazırlamaq üçün minimum orta səviyyədə olmaq
# Təlimləri standartlara uyğun təlim planı ilə, dəqiq hesablanmış dərs saatları və ədəbiyyatları əsasında keçmək
# Dincləyicilərin təlim zamanı və təlimdən sonra online suallarını cavablandırmaq. Bu məqsədlə hər təlim üçün qapalı online qruplar möcvuddur
# Metodik bacarıq yüksək səviyyədə olmalı, ənənəvi öyrənmə üsulları ilə yanaşı yeni metodlar tətbiq etmək
# Dərslik ilə yeni fəsilə keçməmişdən əvvəl dinləyicilərə əlavə dərs ilə keçilənləri təkrar etdirmək, bütün sualları cavablandırmaq
# Təlim müddətində 2 dəfə nəticə-yoxlama sessiya imtahanları təşkil etmək və dinləyicilərin nəticələrini müəyyənləşdirmək
# Dinləyicilərə karyeralarını qurmaq üçün istiqamətlər verməklə yardımçı olmaq. Mümkün olduğu halda uğurlu məzunları qabaqcıl şirkətlərə tövsiyyə etmək
# Üstünlük verilir:
qabaqcıl korporasiyalarda - holdinq, neft, bank, operator, sığorta sahəsində çalışanlara
uyğun sahədə xaricdə ali təhsili olanlara
beynəlxalq sertifikatlara malik olanlara
orta və iri həcmli layihələrdə sistem arxitektor kimi çalışmış mütəxəssislərə
Windows DirectX API, XNA Game Studio, Windows Phone SDK ilə iş təcrübəsi olanlara
MÜRACİƏT
Bu vakansiyaya CV ilə müraciətlər "Microsoft Proqramçı-Təlimçi" başlığı altında [email protected] email ünvanında qəbul edilir. Son müraciət: 20 Oktyabr 2014