Oracle Java Texnologiyaları üzrə Proqramçı-Təlimçi

  • KES Program
  • Elanın qoyulma tarixi: 17.09.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 

ORACLE JAVA TEXNOLOGİYALARI ÜZRƏ PROQRAMÇI-TƏLİMÇİ

KES Program professional İKT təlimlərini üfiqi-şaquli-ortoqonal istiqamətlərdə genişləndirmək və təlimçi bazasını gücləndirmək məqsədilə Oracle-Java texnologiyaları üzrə proqramçı-təlimçi vakansiyasını elan edir.

İŞ QRAFİKİ
KES təlimləri mütəxəssislərin əsas iş yerləri, səhər və günorta növbəsində təhsil alan tələbələrin dərs saatlarını nəzərə alaraq layihə üçün aşağıdakı ümumi təlim qrafikini müəyyənləşdirmişdir:
# Bazar ertəsi (I) - Cümə günü (V) / 19:00-22:00 intervalı (praktik təlimlər)
# Şənbə (VI) - Bazar günü (VII) / 10:00-22:00 intervalı (nəzəri təlimlər)

ƏMƏK HAQQI
# Əmək haqqı təlim saatlarından, təlimçinin rəsmi iş stajından, təlim keçəcəyi istiqamət üzrə beynəlxalq sertifikatın mövcudluğundan və təlim iştirakçılarının sayından asılıdır

ƏLAVƏ İMKANLAR
# Təlimlərin sonunda dinləyicilərdən toplanmış anonim sorğu əsasında müsbət rəy almış təlimçi əlavə bonus əldə edir
# Reytinqli xarici ali məktəblərin məzunu olmuş təlimçilər anonim sorğunun nəticəsi müsbət olduğu halda təlimin sonunda əlavə olaraq birdəfəlik ödənişlə qrant alır
# Təlimçilər layihənin bütün təlimlərində ödənişsiz iştirak edə bilər
# Təlimçilər layihə mərkəzinin resurslarında (kitabxana, kompüter zalı və s.) iş saatlarında istifadə edə bilər
# Kofeteriyadan ödənişsiz istifadə
# İT, maliyyə və spesifik sahələr üzrə xarici dilli layihələr üçün peşəkar komanda dəstəyi
# Əsas iş yeri ilə yanaşı əlavə iş yeri ilə maraqlanan namizədlər üçün əlverişlidir

ÜNVAN
Bakı ş., Yasamal r., Şəhriyar k.26 (BDU, MegaCity və 53 saylı orta məktəbin yanı)
____________________________________________________________________________________________________

NAMİZƏDƏ OLAN TƏLƏBLƏR
# Obyektyönümlü konsepsiyanı və modelləşdirməni (OYK, OYM) mükəmməl bilmək, Core Java SE, Java veb texnologiyaları – Java EE (Servlets, JSP, EJB), MVC arxitektura, SOA və Java veb servis ilə minimum 2 il rəsmi iş təcrübəsi
# Hər hansı Java framework-la və Oracle bazası ilə iş təcrübəsi
# Bakalavr təhsili kompüter elmləri, tətbiqi riyaziyyat və informatika ixtisaslarından biri olmalı
# Texniki ingilis və ya alman dili ədəbiyyat oxumaq, təlim materialı hazırlamaq üçün minimum orta səviyyədə olmaq
# Təlimləri standartlara uyğun təlim planı ilə, dəqiq hesablanmış dərs saatları və ədəbiyyatları əsasında keçmək
# Dincləyicilərin təlim zamanı və təlimdən sonra online suallarını cavablandırmaq. Bu məqsədlə hər təlim üçün qapalı online qruplar möcvuddur
# Metodik bacarıq yüksək səviyyədə olmalı, ənənəvi öyrənmə üsulları ilə yanaşı yeni metodlar tətbiq etmək
# Dərslik ilə yeni fəsilə keçməmişdən əvvəl dinləyicilərə əlavə dərs ilə keçilənləri təkrar etdirmək, bütün sualları cavablandırmaq
# Təlim müddətində 2 dəfə nəticə-yoxlama sessiya imtahanları təşkil etmək və dinləyicilərin nəticələrini müəyyənləşdirmək
# Dinləyicilərə karyeralarını qurmaq üçün istiqamətlər verməklə yardımçı olmaq. Mümkün olduğu halda uğurlu məzunları qabaqcıl şirkətlərə tövsiyyə etmək

# Üstünlük verilir:
 qabaqcıl korporasiyalarda - holdinq, neft, bank, operator, sığorta sahəsində çalışanlara
 uyğun sahədə xaricdə ali təhsili olanlara
 beynəlxalq sertifikatlara malik olanlara
 orta və iri həcimli layihələrdə sistem arxitektor kimi çalışmış mütəxəssislərə
 iOS və/və ya Android platformalarında Java ME ilə iş təcrübəsi olanlara

MÜRACİƏT
Bu vakansiyaya CV ilə müraciətlər "Oracle Java Proqramçı-Təlimçi" başlığı altında [email protected] email ünvanında qəbul edilir. Son müraciət: 20 Oktyabr 2014