Xarici Dillər üzrə Təlimçilər

  • KES Program
  • Elanın qoyulma tarixi: 17.09.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

XARİCİ DİLLƏR ÜZRƏ TƏLİMÇİLƏR

KES Program professional xarici dil təlimlərini üfiqi-şaquli-ortoqonal istiqamətlərdə genişləndirmək və təlimçi bazasını gücləndirmək məqsədilə İngilis, Alman, Fransız və Rus dili üzrə təlimçi vakansiyası elan edir.

İŞ QRAFİKİ
# Bazar ertəsi (I) - Şənbə günü (VI) / 10:00-19:00 intervalı. Bazar günü istirahət günüdür.

ƏMƏK HAQQI
# Əmək haqqı təlim saatlarından, təlimçinin rəsmi iş stajından, təlim keçəcəyi istiqamət üzrə beynəlxalq sertifikatın mövcudluğundan və təlim iştirakçılarının sayından asılıdır

ƏLAVƏ İMKANLAR
# Təlimlərin sonunda dinləyicilərdən toplanmış anonim sorğu əsasında təlimçilər müsbət rəy alarsa əlavə bonus əldə edir
# Təlimçilər layihənin bütün İT, maliyyə və digər xarici dil təlimlərində ödənişsiz iştirak edə bilər
# Təlimçilər layihə mərkəzinin resurslarından (kitabxana, kompüter zalı və s.) iş saatlarında sərbəst istifadə edə bilər
# Kofeteriyadan ödənişsiz istifadə
# İT, maliyyə və spesifik sahələr üzrə xarici dilli layihələr üçün peşəkar komanda dəstəyi
# Əsas iş yeri ilə yanaşı əlavə iş yeri ilə maraqlanan namizədlər üçün əlverişlidir

ÜNVAN
Bakı ş., Yasamal r., Şəhriyar k.26 (BDU, MegaCity və 53 saylı orta məktəbin yanı)
____________________________________________________________________________________________________

NAMİZƏDƏ OLAN TƏLƏBLƏR
# İngilis, Alman, Fransız və ya Rus dili xarici dilləri üzrə minimum 2 il iş təcrübəsi
# Beynəlxal xarici dil sertifikat imtahanları üzrə proqram üzrə təlim keçmək bacarığı
# Bakalavr təhsili xarici dil tərcüməçilik, regionşunaslıq və ya filologiya üzrə olmalı
# Azərbaycan dilinin qrammatik quruluşunu mükəmməl bilmək və xarici dili biləvasitə Azərbaycan ədəbi dili ilə müqayisəli tədris etmək
# Müasir proqramlar və üsullarla dili öyrətmə bacarığı
# Danışıq klubları və interaktiv dil tədbirləri keçirmək
# Təlimləri standartlara uyğun təlim planı ilə, dəqiq hesablanmış dərs saatları və ədəbiyyatları əsasında keçmək
# Dincləyicilərin təlim zamanı və təlimdən sonra online suallarını cavablandırmaq. Bu məqsədlə hər təlim üçün qapalı online qruplar möcvuddur
# Metodik bacarıq yüksək səviyyədə olmalı
# Dərslik ilə yeni fəsilə keçməmişdən əvvəl dinləyicilərə əlavə dərs ilə keçilənləri təkrar etdirmək, bütün sualları cavablandırmaq
# Təlim müddətində 2 dəfə nəticə-yoxlama sessiya imtahanları təşkil etmək və dinləyicilərin nəticələrini müəyyənləşdirmək
# Dinləyicilərə xaricdə təhsillə bağlı məlumatlar vermək, mümkün olduğu halda dinləyicilərin maraqlı olduqları xarici ölkələr haqqında regional məlumatlar vermək, diaspora və beynəlxalq təşkilatlarla tərəfdaşlıq, əməkdaşlıq və üzvlük yollarınını izah etmək

# Üstünlük verilir:
 qabaqcıl korporasiyalarda – ali məktəb, xarici dilli lisey müəllimlərinə, holdinq, neft, bank, operator, sığorta sahəsində çalışanlara
 uyğun sahədə xaricdə ali təhsili olanlara
 İT, maliyyə, tibb sahəsində spesifik dilçiliklə məşğul olanlara
 beynəlxalq sertifikatlara malik olanlara
 orta və iri həcmli layihələrdə və ya tədbir və konfranslarda tərcüməçi kimi çalışmış mütəxəssislərə
 İngilis dili üzrə beynəlxalq sertifikatı olanlar: TOEFL, IELTS, TOEIC, GMAT;
 Alman dili üzrə beynəlxalq sertifikatı olanlar: TestDaF, DSH, Deutsches Sprachdiplom Stude I und II, ZD, ZDfB, ÖSD;
 Fransız dili üzrə üzrə beynəlxalq sertifikatı olanlar: TEF, TCF, TFI, DELF, DALF, TELC
 Rus dili üzrə ali məktəb diplomu olanlar: Rus dili tərcüməçilik, filologiya və yaxın sahələrdə Azərbaycan ali məktəblərindən birinin diplomu

MÜRACİƏT
Bu vakansiyaya CV ilə müraciətlər "Xarici Dil Təlimçi" başlığı altında [email protected] emailünvanında qəbul edilir. Son müraciət: 20 Oktyabr 2014