Windows| Linux| Unix Administrator-Təlimçi

  • KES Program
  • Elanın qoyulma tarixi: 17.09.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

WINDOWS|LINUX|UNIX ADMİNİSTRATOR-TƏLİMÇİ

KES Program professional İKT təlimlərini üfiqi-şaquli-ortoqonal istiqamətlərdə genişləndirmək və təlimçi bazasını gücləndirmək məqsədilə Microsoft Windows | Linux | Unix əməliyyat sistemləri və server texnologiyaları üzrə administrator-təlimçi vakansiyasını elan edir.

İŞ QRAFİKİ
KES təlimləri mütəxəssislərin əsas iş yerləri, səhər və günorta növbəsində təhsil alan tələbələrin dərs saatlarını nəzərə alaraq layihə üçün aşağıdakı ümumi təlim qrafikini müəyyənləşdirmişdir:
# Bazar ertəsi (I) - Cümə günü (V) / 19:00-22:00 intervalı (praktik təlimlər)
# Şənbə (VI) - Bazar günü (VII) / 10:00-22:00 intervalı (nəzəri təlimlər)

ƏMƏK HAQQI
# Əmək haqqı təlim saatlarından, təlimçinin rəsmi iş stajından, təlim keçəcəyi istiqamət üzrə beynəlxalq sertifikatın mövcudluğundan və təlim iştirakçılarının sayından asılıdır

ƏLAVƏ İMKANLAR
# Təlimlərin sonunda dinləyicilərdən toplanmış anonim sorğu əsasında müsbət rəy almış təlimçi əlavə bonus əldə edir
# Reytinqli xarici ali məktəblərin məzunu olmuş təlimçilər anonim sorğunun nəticəsi müsbət olduğu halda təlimin sonunda əlavə olaraq birdəfəlik ödənişlə qrant alır
# Təlimçilər layihənin bütün təlimlərində ödənişsiz iştirak edə bilər
# Təlimçilər layihə mərkəzinin resurslarında (kitabxana, kompüter zalı və s.) iş saatlarında istifadə edə bilər
# Kofeteriyadan ödənişsiz istifadə
# İT, maliyyə və spesifik sahələr üzrə xarici dilli layihələr üçün peşəkar komanda dəstəyi
# Əsas iş yeri ilə yanaşı əlavə iş yeri ilə maraqlanan namizədlər üçün əlverişlidir

ÜNVAN
Bakı ş., Yasamal r., Şəhriyar k.26 (BDU, MegaCity və 53 saylı orta məktəbin yanı)
____________________________________________________________________________________________________

NAMİZƏDƏ OLAN TƏLƏBLƏR
# Microsoft Windows X (istifadəçinin iş stansiyası), Microsoft Windows Server X, Red Hat Enterprise və Ubuntu Server, Unix idarəetmək üzrə minimum 2 il rəsmi iş təcrübəsi
# Əməliyyat sistemlərinin arxitekturası ilə yaxşı bələdçilik
# Microsoft Windows (Desktop və Server versilayarı) və Linux/Unix əməliyyat sistemlərində işləmə bacarığı. Quraşdırılması (install), təhlükəsizlik və performans tərəfdən ayarlanması (customizing), vaxtaşırı yenilənməsi (update), məlumatların rezerv ehtiyatlarının alınması (backup) və bərpa oluması (recovery) strategiyasının qurulması, disk imicin yaradılması (disc imaging)
# Virtuallaşdırma və virtual maşınların idarə olunması (virtualization and managing virtual machines) - VMWare idarəetmə
# İstifadəçi yetkilərinin və rollarının verilməsi ( roles and authorization)
# Müəssisənin server təminatının monitorinqi və idarəetmə instrumentləri (enterprise monitoring and management frameworks/tools), şəbəkə yaddaş qurğuları ilə işləmək bacarığı (SAN/NAS), şəbəkə printerlərin idarə olunması, Active Directory və Microsoft Exchange Server ilə işləmək bacarığı
# Batch, Bash, Perl və ya Python skript dillərlə sərbəst işləmək
# Bakalavr təhsili kompüter elmləri, tətbiqi riyaziyyat və informatika ixtisaslarından biri olmalı
# Texniki ingilis və ya alman dili ədəbiyyat oxumaq, təlim materialı hazırlamaq üçün minimum orta səviyyədə olmaq
# Təlimləri standartlara uyğun təlim planı ilə, dəqiq hesablanmış dərs saatları və ədəbiyyatları əsasında keçmək
# Dincləyicilərin təlim zamanı və təlimdən sonra online suallarını cavablandırmaq. Bu məqsədlə hər təlim üçün qapalı online qruplar möcvuddur
# Metodik bacarıq yüksək səviyyədə olmalı, ənənəvi öyrənmə üsulları ilə yanaşı yeni metodlar tətbiq etmək
# Dərslik ilə yeni fəsilə keçməmişdən əvvəl dinləyicilərə əlavə dərs ilə keçilənləri təkrar etdirmək, bütün sualları cavablandırmaq
# Təlim müddətində 2 dəfə nəticə-yoxlama sessiya imtahanları təşkil etmək və dinləyicilərin nəticələrini müəyyənləşdirmək
# Dinləyicilərə karyeralarını qurmaq üçün istiqamətlər verməklə yardımçı olmaq. Mümkün olduğu halda uğurlu məzunları qabaqcıl şirkətlərə tövsiyyə etmək

# Üstünlük verilir:
 qabaqcıl korporasiyalarda - holdinq, neft, bank, operator, sığorta sahəsində çalışanlara
 uyğun sahədə xaricdə ali təhsili olanlara
 beynəlxalq sertifikatlara malik olanlara

MÜRACİƏT
Bu vakansiyaya CV ilə müraciətlər "Administrator-Təlimçi" başlığı altında [email protected] email ünvanında qəbul edilir. Son müraciət: 20 Oktyabr 2014