"HR Fundamental Biliklər"
26-28 sentyabr 2014-cü il tarixində, 3 gün/21 saat
- İnsan Resurslarının (İR) əsaslarını və heyətinizin effektiv idarə olunmasını anlamağa ehtiyacınız var?
- Personalınızın işə götürülməsində iştirak edirsiniz?
- Onların iş rejimini formalaşdırmağa və motivasiyasını müəyyənləşdirməyə çalışırsınız?
- Əməkdaşlarınızın fəaliyyətinin düzgün qiymətləndirilməsi üçün korporativ mükafatlandırma mexanizmini yaratmaq istəyirsiniz?
Ümumi:
Bu gün çevik dəyişən və inkişaf edən biznes aləmində İR mütəxəssislərin rolu önəmlidir. Bununla bərabər artıq digər şöbələrin menecerlərinin, şirkət rəhbərlərinin və istənilən qeyri-İR mütəxəssislərinin də İR məsələlərinə cəlb olunması təəccüb doğurmur. Yeni heyətin müsahibəsi, işə götürülmə və adaptasiyası, performansın dəyərləndirilməsi və attestasiya, işçilərin effektiv motivasiya vasitələrinin formalaşdırılması, işçilərarası münasibətin qurulması və münaqişələrin həlli və digər vacib proseslərdə həm İR, həm də qeyri-İR əməkdaşlarının birgə iştirakı nəinki adiləşib, hətta arzu olunandır.
Təlimin özəlliyi:
Təlim yalnız teoretik deyil, əsasən praktik biliklərin öyrənilməsindən və onun məhz ixtisaslaşmış təcrübəli İR mütəxəssisi tərəfindən fərqli və müasir təlim üsulu ilə aparılmasından ibarətdir. Bununla yanaşı təlim İR istiqamətində bugünün aktual mövzularının müzakirələri və informativ xarakterli interaktiv oyunlarla aparılır.
Öyrənəcəkləriniz:
- İR sahəsində hazırki aktual məsələlərin müzakirəsi və supervayzer və menecerlərin İR istiqamətində fəaliyyətinin vacibliyi
- Əməkdaşların vəzifə təlimatları və iş bölgüsünün aparılması
- Əmək bazarında ən yaxşı mütəxəssislərin tapılması metodlarının tətbiqi və cəlbedici iş təkliflərinin hazırlanması
- Müsahibə aparmaq bacarığının sirrləri
- Yeni əməkdaşların adaptasiyası və komandaya uyğunlaşması
- Performansın ölçülməsi, attestasiya və motivasiya vasitələri
- Mükafatlandırma mexanizmi və cəza tədbirləri
- İşdən çixarılma proseduru və son müsahibənin vacibliyi
- Şirkətdaxili pozitiv ab-havanın yaradılması
Təlimçi:
Lalə Mirzəyeva- audit, telekommunikasiya, QHT, neft-qaz və digər sənayelərdə 10 ilə yaxın təcrübəyə malik İR və Biznesin İdarəçiliyi mütəxəssisidir. İR karyerasına Deloitte & Touche şirkətində başlamış, daha sonralar World Bank, ABB, YMCA Toronto və digər təşkilatlarda İR vəzifələrində çalışmışdır. O, həmçinin Azərbaycanda və Kanadada konsaltinq və təlim istiqamətlərində fəaliyyət göstərmişdir.
Lalə Mirzəyeva Kanadada Seneca School of Applied Arts & Technologies təhsil ocağında HRM fakultəsində təhsil almış və hal-hazırda nüfuzlu CHRP kvalifikasiyası üzrə namizəd pilləsindədir. Bundan əlavə, Xəzər Universitetinin Tərcümə fakultəsini yüksək fəxri diplomla bitirmiş və orada bir sıra vacib MBA fənnlərində iştirak etmişdir. Əlavə olaraq qeyd edək ki, İR, Liderlik və Biznesin İdarəedilməsi sahəsində mütəmadi olaraq bir sıra təlimlərdə iştirak etmişdir. İR biliklərilə birgə o həm də, İR İnformasiya Texnoloqiyaları (HRIS) sayılan SAP, PeopleSoft, E-recruitment RMS (Recruitment Management System) və digər vasitələrdə səlis işləmə bacarığına malikdir.
Təlimin qiyməti: 450 AZN
Vaxt: 26-28 sentyabr (3 gün/21 saat).
26 sentyabr 15:00- dan 20:00-a qədər
27-28 sentyabr 09:00-dan 18:00-a qədər
Dil: Azərbaycan dili
Məkan: Çıraq plaza
Endirimlər: Eyni şirkətdən 2 nəfər - 5%, 3 nəfər - 10%, 4 nəfər - 15%, 5 nəfər - 20%, 6-10 nəfər - 25%
Yalnız #Barattson-da !!!
Qeydiyyatdan keçməyə tələsin. Son qeydiyyat 25 sentyabr 2014-cü il.
Qeydiyyatdan keçmək üçün bizimlə əlaqə saxlamağınız xahış olunur:
[email protected]
(012) 505 44 96/97
(070) 205 44 96/97