İşin təsviri
Bilik və bacarıqlar üzrə tələblər:
- Ali texniki təhsil və müvafiq vəzifədə ən azı 3 il iş təcrübəsi
- Logistika və nəqliyyatın idarə edilməsi üzrə bilik və bacarıqlar
- Büdcə və maliyyənin idarə edilməsi üzrə bilik və bacarıqlar
- Satınalma proqramları ilə təchizat proseslərini idarə etmək bacarığı
- Xarici dil bilikləri – İngili və Rus dilləri (yüksək səviyyədə)
- 1C 8.3 proqramında işləməyi bacarmalı
- Ünsiyyət qurma bacarığı
- Komanda ilə işləməyi bacarmalı
- Analitik düşünmə qabiliyyətinə malik olmalı
- Təşəbbüskar və fəal olmalı
- Məsuliyyətli olmalı, üzərinə düşən vəzifəni vaxtında icra etməli
- Düzgün və dəqiq olmalı
Vəzifə öhdəlikləri:
- Zavod üçün lazım olan avadanlıq və digər sərf materialların vaxtında və səmərəli şəkildə alınmasını təmin etmək, izləmə prosesini nəzarət altında saxlamaq.
- İstehsalat üçün tələb olunan metal və digər sərf materiallar və avadanlıq təminatçıları ilə əlaqə saxlayıb müqavilələrin bağlanması, qiymət təhlili və təminatçı seçiminin düzgün həyata keçirmək.
- Təchizat zəncirindəki hər hansı bir narahatlıq və ya ləngimənin qarşısını almaq üçün düzgün əlaqələr qurmaq və zamanında tədbirlər görmək.
- Alınan mal və materialların keyfiyyətinin istehsal tələblərinə uyğun olmasını təmin etmək, keyfiyyətin yoxlanması və analizini təşkil etmək.
- Təchizat şöbəsinin büdcəsinin idarə olunması, xərclərin səmərəli şəkildə təşkil edilməsi və mümkün olan qənaətləri təmin etmək.
- Təchizat prosesləri ilə bağlı mütəmadi olaraq rəhbərliyə hesabatlar təqdim etmək, təchizat fəaliyyətlərinin nəticələrini analiz edərək təkmilləşdirməsi üçün təklifləri hazırlamaq.
- Təchizat şöbəsinin fəaliyyətinin zavodun prosedurlarına uyğun olmasını təmin etmək, müvafiq qanunvericiliyə uyğunluğunu qorumaq.
- Təchizat şöbəsinin işçiləri ilə effektiv əməkdaşlıq etmək, onların fəaliyyətini izləmək və inkişaflarını dəstəkləmək
Əmək haqqı: qarşılıqlı razılaşma əsasında
Maraqlanan şəxslər öz CV-lərini e-mail ünavnına göndərə bilərlər. Uyğun olmayan namizədlərin CV-lərinə baxılmayacaq.