Mühərriklər üzrə mühəndis

İşin təsviri

Öhdəliklər:

  • Avadanlıqların hidravlika hissəsinin fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasını təmin edir:
  • Hidravlik dövrə diaqramlarını bilmək, mexaniki və sxemləri layihələndirməyi bacarmalı;
  • Qapalı və açıq dövrə idarəetmə sistemlərində təcrübə;
  • Hidrostatik hesablamalar aparmağı bacarmalı;
  • Nasoslar, mühərriklər, klapanlar və digər komponentləri seçə bilməli;
  • Hidravlik sisteminin stabil işini təmin edir;
  • Avadanlıqların işinin yaxşılaçdırılması barədə təkliflər verir, onların tətbiqini həyata keçirir.  
  • İstehsalat avadanlıqlarının nizamlanmaslnda iştirak edir.
  • Bütün çatışmazlıqlar və pozuntular barədə tədbir görülməsi üçün istehsalat rəisinə məlumat verir

Tələb olunan təhsil, təcrübə və bacarıqlar:

  • Mexanika və ya avtomobil mühəndisliyi ixtisası üzrə məzun;
  • Daxili yanma dizel mühərriklərində təcrübəsi olmalı;
  • Dartma qüvvəsi və sürüşmə qabiliyyəti hesablamalarını apara bilməli;
  • Talstone texnikası üzrə biliyə malik olmalı;
  • Güc, moment, dönmə momenti, enerji, qüvvə və iş prinsipləri haqqında bilikləri olmalı;
  • Layihələr və hesablamalar, transmissiya və sürücü arasında əlaqə qurmağı bacarmalı;
  • Məsulliyyətli, ciddi və işguzar olmalı;
  • Planlı işləmə, işə sistemli və nəticəyönümlü yanaşma bacarığı;
  • Vəzifə üzrə 2-3 il iş təcrübəsi 
  • İstehsalat sahəsində təcrübəsi olsun.

Əlavə məlumat:

  • İş rejimi: 6 günlük iş həftəsi;
  • Əmək haqqı: namizədin təcrübə, bilik və bacarıqları əsasında razılaşma yolu ilə təyin edilir.
  • AR qanunvericiliyinə əsasən sənədləşmə;
  • Servislə təmin olunur;
  • İş yeri: Qaradağ ray., Səlyan şos.16 km

Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi elektron ünvanına göndərin.

Xahiş olunur CV-nizi göndərdikdə “mövzu” hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.